11 sentyabr 2017-ci il tarixində Sumqayıt şəhərində kişilər arasında pauerliftinq idman növü üzrə Azərbaycan birinciliyi keçirilib.
Birincilikdə məşqçi-müəllim –“ Avropa və Dünya çempionu, Beynəlxalq dərəcəli idman ustası Eldəniz Əhmədovun yetirmələri Aynur Fərzəliyev və Şakir Ömərov yüksək nəticə göstərərək ikinci yerin sahibi olublar.
A.Fərzəliyev 88-97, Ş.Ömərov isə 72-80 kiloqram çəki dərəcəsində gücünü sınayıb. Xatırladaq ki, bu uğur Diyallı kəndindən olan hər iki idmançımızın ilk çıxışlarının nəticəsidir. Təcrübə əldə etdikcə, idmançılarımızın daha böyük nailiyyətlər qazanacağına ümidvarıq.
“İsmayıllı xəbərləri”