9-12 mart tarixlərində poverliftinq ağırlıqqaldırma idman növü üzrə Azərbaycan birinciliyi keçirilib. Həmyerlimiz, idmanın bu növü üzrə dəfələrlə dünya, Avropa və Respublika çempionu olmuş Kamil Qafarov 82 kiloqram çəki dərəcəsində yarışmada birinci yerin sahibi olub.Daxili İşlər Nazirliyinin İsmayıllı Rayon Polis Şobəsində çalışan K.Qafarovun bu qələbəsi Novruz bayramı ərəfəsində onun idman uğurlarına sevinənlər üçün əsl bayram töhvəsidir.
Kamili qazandığı qələbə münasibəti ilə təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.
“İsmayıllı xəbərləri”