İsmayıllı gəncləri Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək şəhid olmuş vətən övladlarının ruhu qarşısında özlərini həmişə borclu bilirlər. Bu borcu müxtəlif formatlı, zəngin məzmunlu tədbirlərlə- anım və xatirə günləri, yürüşlər, ziyarətlər, ədəbi-bədii kompozisiyalar və flaşmoblarla yerinə yetirirlər. 6 fevral 2017-ci il tarixdə Uşaq kitabxanasında bu çərçivədə Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunmuş tədbir keçirilb. Tədbirdə Milli Qəhrəman Mübariz İbrahimova həsr edilmiş film nümayiş olunub. Şəhər 3 nömrəli məktəb-liseyin və 6 nömrəli tam orta məktəbi şagirdlərinin hazırladıqları ədəbi-bədii kompoizisiya nümayiş etdirilib.
Milli Qəhrəmanın döyüş yolunu əks etdirən sərgiyə baxış keçirilib.
“İsmayıllı xəbərləri”