Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi bu günlərdə “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilər arasında ümumrespublika müsabiqəsi keçirilib. Rayonumuzun ümumtəhsil məktəblərini təmsil edən 7 nəfər şagirddən ibarət komanda “Meşə məhsulları” nominasiyasında birinci yeri tutub və diploma layiq görülüb.
Komandanın tərkibi İsmayıllı şəhər 3 və 6 nömrəli, Topçu kənd tam orta məktəblərinin şagirdlərindən ibarət olub.
“İsmayıllı xəbərləri”