İsmayıllının müxtəlif müəssisə və təşkilatlarında, tam orta məktəblərində, inzibati ərazi dairələrində ümumimilli lider Heydər Əliyevin anım günü ilə bağlı ardıcıl və sistemli tədbirlər keçirilib.
Belə tədbirlərdən biri də İsmayıllı Su-Kanal İdarəsində keçib.
Ümummilli liderim xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İsmayıllı Su-Kanal İdarəsinin
rəisi Ağasəf Salmanov çıxış edərək dahi rəhbərin çoxşaxəli fəaliyyətindən söz açıb. Ulu öndərin Azərbaycana rəhbərlik etməyə başlayandan sonra bütün sahələrdə olduğu kimi , su təchizatı sahəsinə də xüsusi önəm verilməsindən bəhs edib.
Г‡ıxış edənlər bildiriblər ki, Azərbaycanın regionda lider ölkəyə çevrilməsi Heydər Əliyev
siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.
“İsmayıllı xəbərləri”