19-22 sentyabr 2016-cı il tarixdə Beynəlxalq Həvəskarlar Federasiyasının təşkilatçılığı ilə Rusiyanın Medın şəhərində 14-17 yaşlı oğlanlar və qızlar arasında Universal döyüş üzrə dünya birinciliyi keçirilmişdir. 14-15 yaşlı gənclər arasında qüvvəsini sınayan həmyerlimiz Əsgərov Eşqin 50 kiloqrama qədərki çəki dərəcəsində gümüş medal qazanaraq fəxri kürsünün 2-ci pilləsində yerini tutmuşdur.
Qeyd edək ki, Eşqin Əsgərov universal döyüş növü üzrə dəfələrlə Azərbaycan çempionu adını qazanmışdır. Eşqin uğurları ilə ilk növbədə məşqçi-müəllimi Bayram Qəhrəmanovun əməyini yüksək dəyərləndirdiyini bildirir.
Eşqini rayon ictimaiyyəti, idman həvəskarları adından təbrik edir və növbəti yarışlarda ona çempion olub ölkəmizin bayrağını dalğalandırmağı və himnimizi səsləndirməyi arzulayırıq.
Şəhla Qafarova