25 may 2016-cı il tarixdə baş vermiş təbii fəlakət səviyyəsində olan sel suları “Qaranlıq dərə” adlanan ərazidəki məişət tullantılarını poliqondan Balik kəndinə qədər olan əraziyə yaymışdı.
Tullantılardan təmizlənmə işləri intensiv qaydada davam etdirilib. 5 avqust 2016-cı il tarixdə bu işə bir qreyder, 4 ağır tonnajlı yük maşını, 2 ekskavator və bir yükləyici cəlb olunub. Fasiləsiz iş gedib, böyük bir sahə tullantılardan təmizlənib və əkinə yararlı vəziyyətə qaytarılıb.
“İsmayıllı xəbərləri”