Torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olmuş Vahabzadə Mikayıl Yaqub oğlunun 40 mərasimi 18 may 2016-cı il tarixinə düşüb. Şəhid Mikayılın əziz xatirəsini yad etmək məqsədilə bir qrup velosiped həvəskarı olan gənc İsmayıllı şəhərinin mərkəzindən onun dəfn olduğu doğma Maçaxı kəndinə yürüş keçirib.
Gənclər yürüş öncəsi şəhərin Mərkəzi Meydanında ulu öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzüblər. Mərkəzi Meydandan start götürən veloyürüş Maçaxı kənd qəbiristanlığında yekunlaşıb. Ziyarətçi gənclər şəhid M.Vahabzadənin qəbrini ziyarət edib, üstünə tər güllər düzüblər.
“İsmayıllı xəbərləri”