Qüvvələr səfər olunmalıdır
Qüvvələr səfərbər olunmalıdır

YAP İsmayıllı rayon təşkilatının Qurbanəfəndi kənd ərazi ilk partiya təşkilatında 2015-ci ilin yekunları, 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.
Yığıncağı giriş sözü ilə YAP rayon təşkilatı Qurbanəfəndi ərazi ilk partiya təşkilatının sədri Cavad Qarayev açıb. 2015-ci ilin Azərbaycan üçün həqiqətən də uğur və inkişaf ili olduğunu və bu inkişafın ölkənin hər bir bölgəsi kimi İsmayıllıdan da yan keçmədiyini bildirib, 2015-ci ildə Qurbanəfəndi kəndində görülmüş işlər barədə məlumat verib. Hesabat ilində kəndin yollarına çınqıl töküldüyü, 40 evə su xətti çəkildiyi, kəndə təbii qaz verilişinin bərpa edilməsi əhalinin sevincinə səbəb olub. Kənd sakinləri göstərilən qayğıya görə ölkə başçısına minnətdar olduqlarını bildiriblər.
Ölkədə aparılan gənclər siyasəti ilə əlaəqdar kənddə bir sıra ictimai tədbirlər həyata keçirilib, gənclər ərazidə aparılan quruculuq və abadlıq işlərində fəallıq nümayiş etdiriblər.
Tədbirdə çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova 2015-ci ilin ölkəmiz və xalqımız üçün uğurlu, bir çox əlamətdar hadisələri ilə yadda qalan olduğunu vurğulayıb.
Ötən ilin idman, mədəniyyət və iqtisadiyyat uğurlarından söz açan Ə.Vahabova sonda qarşıda duran vəzifələr barədə açıqlama edərkən bildirib ki, 2016-cı ildə hər birimizin qarşısında mühüm vəzifələr dayanır. Bu vəzifələr hər birimizdən böyük fədakarlıq tələb edir. Hər bir partiya üzvü səyini, bilik və bacarığını, bir sözlə, bütün qüvvə və bacarığını YAP sədri, prezident İlham Əliyevin müəyyənləşdirdiyi yeni iqtisadi kursun uğurla həyata keçirilməsinə səfərbər etməlidir.
İlqar Əhmədli

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir