24 oktyabr 2015-ci il tarixdə İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin akt zalında “Uşaq hüquqları aylığı” çərçivəsində hüquqi maarifləndirmə seminarı keçirilib. Maarifləndirmə seminarını RİH-nin Hüquq şöbəsinin müdiri Xətai Abbasov aparıb.

Tədbirdə hüquq sahəsində müxtəlif mövzulara toxunulub. Əsas etibarilə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş insan və vətəndaş hüquqlarına seminarda geniş yer verilib. Zərərli vərdişlər, narkomaniya, erkən nikah və bu kimi digər spesifik mövzulara da toxunan X.Abbasov sonda şagirdlərin suallarını cavablandırıb.
Novruz Abbasov