6 -8 mart 2015-ci il tarixində Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlanma İnstitutunda beynəlxalq elmi-praktik konfrans keçirildi. Elmi-təcrübi konfransa alimlər, müəllimlər bir çox mövzularda məqalələr təqdim etmişdilər.
Konfransda rayonumuzu şəhər 6 nömrəli tam orta məktəbinin müəllimləri Gülçöhrə Fərəcova, Şayəstə Abdulova, Pərvanə Abbasova, Əsgər Manafov və şəhər 1 nömrəli tam orta məktəbinin müəllimi Leyla Babayeva təmsil etdilər.
Sevindirici haldır ki, konfransın ikinci bölməsində ”Qarabağ həqiqətləri və onların tədqiqi məsələləri” mövzusu ətrafında 13 çıxışdan 4-ü rayonumuzdan olan müəllimlərin payına düşmüşdü. Biz bunu müəllimlərimizin fəallığı, İsmayıllı təhsilinə verilən böyük qiymət kimi qəbul etdik.
“Şuşa şəhərinin xanlıq mərkəzi kimi yaradılması və inkişafı” mövzusunda çıxışı mən etdim.
Şuşa şəhərinin xanlıq mərkəzi kimi yaradılması, inkişafı və XX əsrin sonunda təcavüzə, işğala məruz qalması barədə geniş məzmunlu çıxışımı Prezident, Ali Baş Komandan İlham Əliyevin sözləri ilə tamamladım:
– Biz tarixi – ədaləti bərpa edəcəyik, doğma torpaqlarımıza qayıdacağıq. Bunun başqa yolu yoxdur.
Əsgər Manafov,
N.Behdiyev adına şəhər 6 nömrəli tam orta məktəbinin çağırışaqədərki hazırlığı üzrə fənn müəllimi