İsmayıllıda anadan olmuşam. Uşaqlıq, gənclik illərim də elə burada keçib. Doğma rayonu abad, gözəl görmək arzusu ilə doqquzuncu onilliyi başa vurmaqdayam. Г‡ox fərəhliyəm. İsmayıllının abadlığını, sürətli inkişafını görmək mənə son iki ildə nəsib olub. Bu etirafım heç də kiməsə yarınmaq məqsədini daşımır. Sadə bir ədəb qaydasıdır ki, ağacın meyvəsini ləzzətlə dadan hər bir ağıllı insan onun sahibinə və ya bağbanına minnətdarlıq etməyi də bacarmalıdır.
İsmayıllıda bu gün balacadan-böyüyə, hamı diqqət və qayğı ilə əhatə olunub. İnsan varlığından qürur duyur.
Bayram bayrama qarışıb
Son illər ölkəmizin hər bölgəsində, o cümlədən İsmayıllı rayonunda da quruculuq-abadlıq işləri aparılır. Bu xeyirxah və nəcib işdən Basqala da pay düşüb. Belə ki, hazırda basqallıların uzun müddət gözlədikləri, intizarında olduqları bir iş reallaşır, Basqalın qazlaşdırılması prosesi gedir. Demək olar ki, iş sürətlə görülür. Hər bir ev dövlətin bu qayğısı ilə əhatə olunur. İş icraçısı bildirir ki, Basqal sakinləri Novruz bayramınadək qazdan istifadə edə biləcəklər.
Bütün basqallıların adından bu qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, eləcə də Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqova təşəkkürümü bildirirəm. Arzu edirik ki, qədim Basqal – təbiətimizin bu gözəl guşəsi daha abad, daha yaraşıqlı olsun. Bununla bu qədim yurdumuz daha çox sevilər, yerli və xarici turistlərin də diqqətini özünə cəlb edər.
Əjdər Tağıyev,
əmək veteranı, qəsəbə sakini
Davamlı inkişafa əminəm
İsmayıllıda anadan olmuşam. Uşaqlıq, gənclik illərim də elə burada keçib. Doğma rayonu abad, gözəl görmək arzusu ilə doqquzuncu onilliyi başa vurmaqdayam. Г‡ox fərəhliyəm. İsmayıllının abadlığını, sürətli inkişafını görmək mənə son iki ildə nəsib olub. Bu etirafım heç də kiməsə yarınmaq məqsədini daşımır. Sadə bir ədəb qaydasıdır ki, ağacın meyvəsini ləzzətlə dadan hər bir ağıllı insan onun sahibinə və ya bağbanına minnətdarlıq etməyi də bacarmalıdır.
İsmayıllıda bu gün balacadan-böyüyə, hamı diqqət və qayğı ilə əhatə olunub. İnsan varlığından qürur duyur.
Uzun illərdir ki, Rayon Veteranlar Şurasının sədriyəm. Elə vaxtlarımız olub ki, bir neçə ağsaqqal veteranın bir stol arxasında, bir otaqda oturmağa belə imkanı olmayıb. Hazırda isə açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi Yeni Azərbaycan Partiyasının inzibati binasında, hər cür şəraiti olan iş otağı sərəncamımıza verilib.
Bir ağsaqqal kimi, razılıq, şükür etməyin Allaha xoş olan hal olduğunu gözəl bilirəm. Onu da bilirəm ki, İsmayıllının etibarlı əllərdə, diqqət və nəzarətdə olması, onun durmadan inkişaf edəcəyindən və daha da gözəl olacağından xəbər verir.
Abduləli Əliyev,
şəhər sakini, Rayon Veteranlar Şurasının sədri
Haqsızlığa, ədalətsizliyə yol vermərəm
İsmayıllı rayon İcra hakimiyyətinin başçısı, hamı tərəfindən sevilən, mərhəmətli məmur, hörmətli Mirdaməd Sadıqov barədə xoş təəssüratlarım böyükdür. Bu böyüklüyü kiçik bir yazıya sığışdırmaq da çətindir. Üç dəfə Mirdaməd müəllimin nahaqdan inciməsinə səbəb olmuşam.
Г‡oxdan bağışlanmağımı xahiş etmişəm. Onunla sonrakı görüşlərimdə hüquqlarımın bərpasını istədim. İndi dövlətimizdən də, Prezidentimizdən də, icra başçımızdan da razıyam. Allah onlardan razı olsun.
Dövlət məni evlə təmin edib. Övladımın xarici ölkədə müalicə olunmasına yardım göstərilib. Qəsəbəmizdə məktəb, tibb məntəqəsi, avtobus marşrutu açılıb. Biri var öz şəxsi problemlərini qabardaraq icra orqanlarından köməklik umasan, biri də kiminsə diqtəsi ilə pulla şər-böhtan yazasan, vicdanını satasan. Əgər nə vaxtsa haqqıma girən olsa, yenə də haqqımı tələb edərəm. Amma haqsızlığa, ədalətsizliyə yol vermərəm, şərə-böhtana, yalana, iftiraya uymaram.
Vətəndaşların müraciətinə həssaslıqla, mərhəmətlə yanaşan Mirdaməd müəllimə minnətdarlığımı bildirirəm.
Səhrad Əliyev,
Ağdam rayon məcburi köçkünü, yeni qəsəbənin sakini