Xanımlarınızı incitməyin, onlar sizə Allah-Taalanın əmanətidir. Onlarla mehriban olun və yumşaq davranın.
Məhəmməd peyğəmbər
Azərbaycan qadını öz ağlı, zəkası, müdrikliyi, vəfası və yüksək analıq keyfiyyəti ilə xalqımızı daim ucaldıb.
Heydər Əliyev
Azərbaycan qadını tarix boyu bir çox şair və mütəfəkkirlərin ilham qaynağı olmuş, daim həyat mənbəyi, müdriklik mücəssəməsi kimi vəsf edilmişdir. Milli mənəviyyatımızın təməl kitabı olan “Kitabi-Dədə Qorqud”dakı qadın surətləri bu gün də öz məziyyətləri ilə bəşəri idealların təntənəsinə xidmət edir. Dastanda adı keçən xatınlar sədaqət, ismət, qəhrəmanlıq kimi müsbət keyfiyyətləri ilə örnək, həmişəyaşarlıq qazanmışlar. Azərbaycan qadınının üstün xüsusiyyətlərindən bəhs edərkən biz, təkcə “Kitabi-Dədə Qorqud”la kifayətlənmirik, istər ədəbi əsərlərdə, istərsə də tarixi mənbələrdə bu mövzuya aid örnək simalar kifayət qədərdir. Tomris, Nüşabə, Sara Xatun, xan qızı Natəvan kimi qadınları misal gətirmək olar. XII əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi olan Məhsəti Gəncəvinin adını fəxrlə çəkə bilərik.
Sədaqət rəmzi olan qadınlarımızXanımlarınızı incitməyin, onlar sizə Allah-Taalanın əmanətidir. Onlarla mehriban olun və yumşaq davranın.
Məhəmməd peyğəmbər
Azərbaycan qadını öz ağlı, zəkası, müdrikliyi, vəfası və yüksək analıq keyfiyyəti ilə xalqımızı daim ucaldıb.
Heydər Əliyev
Azərbaycan qadını tarix boyu bir çox şair və mütəfəkkirlərin ilham qaynağı olmuş, daim həyat mənbəyi, müdriklik mücəssəməsi kimi vəsf edilmişdir. Milli mənəviyyatımızın təməl kitabı olan “Kitabi-Dədə Qorqud”dakı qadın surətləri bu gün də öz məziyyətləri ilə bəşəri idealların təntənəsinə xidmət edir. Dastanda adı keçən xatınlar sədaqət, ismət, qəhrəmanlıq kimi müsbət keyfiyyətləri ilə örnək, həmişəyaşarlıq qazanmışlar. Azərbaycan qadınının üstün xüsusiyyətlərindən bəhs edərkən biz, təkcə “Kitabi-Dədə Qorqud”la kifayətlənmirik, istər ədəbi əsərlərdə, istərsə də tarixi mənbələrdə bu mövzuya aid örnək simalar kifayət qədərdir. Tomris, Nüşabə, Sara Xatun, xan qızı Natəvan kimi qadınları misal gətirmək olar. XII əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi olan Məhsəti Gəncəvinin adını fəxrlə çəkə bilərik.
1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin qurulması Azərbaycan qadınının demokratik cəmiyyətinin fəal üzvünə çevrilməsi üçün geniş imkanlar yaratdı. Tariximizdə ilk dəfə olaraq qadınlara seçib-seçilmək hüququ verildi.

Sədaqət rəmzi olan qadınlarımız

İkinci dünya müharibəsi illərində qadınlarımızın istər ön cəbhədə, istərsə də arxa cəbhədəki misilsiz qəhrəmanlıqları dastanlara layiqdir. Həmin dövrlərdə adlı-sanlı qadınlarımız yetişmişdir. Leyla Məmmədova, Züleyxa Seyidməmmədova, Sona Nuriyeva kimi təyyarəçi və digər cəbhələrdə vuruşan qadınlarımızı misal gətirə bilərik. Həmyerlimiz, ilk gəmi kapitanı Şövkət Səlimova kimi ad-san sahibi olan qadınlarımız fəxrimizdir. Arxa cəbhədəki qadınlarımızın əmək rəşadətləri, fədakarlıqları qələbənin qazanılmasında böyük rol oynamışdır.
Azərbaycan qadınları müstəqillik yollarında gedən mübarizələrdə də fəal iştirak etmişlər. 1988-ci ildən respublikada cərəyan edən mürəkkəb proseslərdə qadınlar kişilərlə bərabər iştirak etmişlər. 1990-cı ilin 20 yanvar qanlı hadisələri zamanı Bakıda və respublikanın digər rayonlarında qadınlarımız da çox fəal olmuşlar. Sovet ordusunun törətdiyi qanlı faciənin qurbanları arasında qadınlar da olmuşlar. Qarabağ döyüşlərində də qadınlarımız öz sözlərini deyə bilmişlər. Azərbaycanın Milli Qəhrəmanı jurnalist mərhum Salatın Əsgərova, həkim Gültəkin Əsgərova və başqaları yeni dövrün fədakarlıq rəmzinə çevrilmişlər.
Müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüquqlara malik olmasını təsdiq etdi. Demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratdı.
Respublikada qadınlara dair dövlət siyasətinin daha mütəşəkkil şəkildə həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin 14 yanvar 1998-ci il tarixli fərmanı ilə “Qadın Problemləri üzrə Dövlət Komitəsi” yaradıldı. 2006-cı ildə prezident İlham Əliyevin qərarı ilə komitənin adı dəyişdirildi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi oldu. Bu qərar həm də komitənin fəaliyyət dairəsini genişləndirmək məqsədi daşıyırdı.
Azərbaycan qadınlarının 2013-cü ildə keçirilən IV qurultayı qarşıya bir sıra problemlərin həlli məsələlərini qoydu. Qızların təhsildən yayınması və erkən yaşda ərə getmələri, işləyən qadınların sosial müdafiəsi, qadın sahibkarlığının inkişafı və sair tədbirlər belə problemlərdəndir.
Bütün bunlarla yanaşı, qadın məsələləri qlobal bir problem kim, həm cəmiyyətin, həm də dövlətin qarşısında yeni tələblər qoyaraq aktuallığında qalmaqdadır. Müdriklərin biri demişdir: “Qadın elə bir mələkdir ki, bizi uşaq ikən qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə bizə təsəlli verir”.
Abduləli Əliyev,
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İsmayıllı rayon Şurasının sədri

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir