Vidadi Xasay oğlu Bayramov 15 mart 1955-ci ildə İsmayıllı rayonunun Sərdahar kəndində anadan olub. Orta məktəbi 1972-ci ildə bitirib. Kolxozda işləyib. 1973-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun zoomühəndis fakültəsinə qəbul olunub. 1978-ci ildə institutu fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyətinə 1978-ci ildə İsmayıllı rayon Dövlət Damazlıq Birliyində zootexnik kimi başlayıb. Bir il sonra Moskvada Ümumittifaq Heyvandarlıq İnstitutunda təşkil olunmuş kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması kursunu bitirərək süni mayalanma üzrə təlimatçı ixtisasına yiyələnib.
TəbrikVidadi Xasay oğlu Bayramov 15 mart 1955-ci ildə İsmayıllı rayonunun Sərdahar kəndində anadan olub. Orta məktəbi 1972-ci ildə bitirib. Kolxozda işləyib. 1973-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun zoomühəndis fakültəsinə qəbul olunub. 1978-ci ildə institutu fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyətinə 1978-ci ildə İsmayıllı rayon Dövlət Damazlıq Birliyində zootexnik kimi başlayıb. Bir il sonra Moskvada Ümumittifaq Heyvandarlıq İnstitutunda təşkil olunmuş kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması kursunu bitirərək süni mayalanma üzrə təlimatçı ixtisasına yiyələnib.
V.Bayramov 1979-cu ildə İsmayıllı Rayon Partiya Komitəsinin göndərişi ilə “Oktyabr” kolxozunun 800 başlıq heyvandarlıq kompleksinə müdir təyin olunub, 3 il həmin təsərrüfatda işləmişdir. Təsərrüfatda əldə etdiyi nəticələrə görə 1981-ci ildə “Şərəf nişanı”ordeni ilə təltif olunub. 1982-ci ildə İsmayıllı rayon Partiya Komitəsində təlimatçı, rayon Partiya Komitəsinin Kənd Təsərrüfatı şöbəsinin müdiri vəzifələrinə irəli çəkilib, 1988-ci ilin sonuna kimi həmin vəzifədə işləyib.
Qiyabi yolla təhsilini davam etdirərək 1989-cu ildə Bakı Ali Partiya məktəbini bitirib.

Təbrik

Struktur dəyişikliyi ilə əlaqədar Kənd Təsərrüfatı şöbəsi ləğv olunduqda V.Bayramov 1988-1991-ci illərdə İsmayıllı rayon Partiya Komitəsinin təşkilat şöbəsi müdirinin müavini və partiya təşkilatçısı vəzifələrində işləyib. 1991-1993-cü illərdə İsmayıllı rayon İcra Hakimiyyətində aparıcı mütəxəssis, 1993-1994-cü illərdə İsmayıllı rayon Kənd Təsərrüfatı və Ərzaq İdarəsində aparıcı zootexnik, 1994-1999-cu illərdə isə İsmayıllı rayon Dövlət Damazlıq müəssisəsinin rəisi vəzifəsində işləyib.
V.Bayramov 2000-2003-cü illərdə Bakı şəhərində “Azəravtonəqliyyat” Dövlət Konserni Mənzil İstismar İdarəsinin 3 saylı MİS-in rəisi, 2004-2007-ci illərdə isə Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi “Minadan zərər çəkənlərin ehtiyaclarının öyrənilməsi”, ”İcma mina aksiyası” və “Azərbaycanda minadan zərərçəkənlərin Assosiasiyasının yaradılması” layihələrində tədqiqatçı və menecer vəzifələrində çalışıb.
V.Bayramov 15 mart 2007-ci ildən 2011-ci ilin sonuna kimi Kənd Təsərrüfatı Nazirliyində heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsində aparıcı məsləhətçi vəzifəsində işləyib. Hazırda nazirliyin heyvandarlığın inkişafı şöbəsində baş məsləhətçi vəzifəsində işləyir.
Kənd Təsərrüfatı sahəsində xidmətlərinə görə “Kənd Təsərrüfatı işçiləri günü” münasibəti ilə 5 il əvvəl Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Fəxri fərmanı ilə təltif olunub.
V.Bayramov 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Qızı Şəfəq İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində riyaziyyat müəllimidir.
Oğlanları – Elmin Azərbaycan Beynəlxalq Bankında Korporativ Biznes Departamentində baş mütəxəssis, Anar “Azqranata” MMC-də baş direktorun müavini, Xasay isə “Embafinans” kredit təşkilatında aparıcı kredit mütəxəssisidir.
Tərcümeyi-halından bəlli olduğu kimi, mart ayının 15-də Vidadi müəllimin 60 yaşı tamamlanır. Bu münasibətlə onu yaxınları və oxucularımız adından təbrik edirik.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir