Uşaq Yaradıcılıq Mərkəzində Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən tədbir belə adlanırdı: “Mənim Qorqud dilim…” “Dilimizi sevək və sevdirək” mahnısı elə ilk dəqiqədən hamını öz lətifliyi və şirinliyi ilə ovsunladı.
Aparıcılar əvvəlcə dünyada böyük nüfuzu olan UNESCO təşkilatının uğurlu addımlarından olan ana dilinin beynəlxalq səviyyədə qeyd edilməsini nəzərdə tutan günün təsis edilməsini çox böyük sevgi ilə vurğuladılar. Sonra dünyanın inkişaf etmiş, qədim yazı ənənələri və sabitləşmiş ədəbi normaları olan dövlət dili statuslu dillərindən biri olan Azərbaycan dilinin inkişaf dövrləri vərəqləndi.
Mənim Qorqud dilim...Uşaq Yaradıcılıq Mərkəzində Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən tədbir belə adlanırdı: “Mənim Qorqud dilim…” “Dilimizi sevək və sevdirək” mahnısı elə ilk dəqiqədən hamını öz lətifliyi və şirinliyi ilə ovsunladı.
Aparıcılar əvvəlcə dünyada böyük nüfuzu olan UNESCO təşkilatının uğurlu addımlarından olan ana dilinin beynəlxalq səviyyədə qeyd edilməsini nəzərdə tutan günün təsis edilməsini çox böyük sevgi ilə vurğuladılar. Sonra dünyanın inkişaf etmiş, qədim yazı ənənələri və sabitləşmiş ədəbi normaları olan dövlət dili statuslu dillərindən biri olan Azərbaycan dilinin inkişaf dövrləri vərəqləndi.
Bu tarixi səhifədə Azərbaycan dilinin xüsusi bir mərhələsi ümummilli liderin –“ Heydər Əliyevin rolunun necə böyük əhəmiyyətə malik olduğu slaydlar vasitəsi ilə izlənildi.

Mənim Qorqud dilim...

Uzaq-uzaq dilsiz əsrlərin dərin qatlarından abi-həyat kimi süzülüb gələn, ulularımızın qəhrəmanlığı, adət-ənənələri əks olunan elimizin gur çeşməsi ulu “Dədə Qorqud” dastanlarında öz gözəlliyi və ahəngdarlığı ilə üzə çıxan dilimizin inkişaf tarixi varaqlandı.
Ayşən və Rövşən Osmanlıların, Nihat Sadıqovun, Ülvi Nəzirovun, Nərgiz Qədirovanın söylədiyi maraqlı və məzmunlu şeirlər, Heydər Kərimovun, Nəzakət Şirinlinin, Jalə Nuriyevanın oxuduğu rəngarəng mahnılar tədbirə yeni-yeni rənglər qatdı. Şəhər 6 nömrəli tam orta məktəbinin şagirdlərinin hazırladığı kompozisiyadan sonra dilimiz haqqında söylənənlər bütövləşdi.
Məclisdə belə bir fikir səsləndi ki, bu gün Azərbaycan dilimizin saflığını qoruyan qüdrətli dövlətimiz və onun layiqli rəhbəri var. O da dilimizi bayrağımız kimi daha da ucalara qaldıracaqdır.
Sonda ən ümdə borclarımızdan birini şərəflə yetirmək, uşaqkən laylamız, sevərkən əhd-peymanımız, ölərkən ağımız olan ana dilimizi göz bəbəyi kimi qorumaq tövsiyəsi hamının ürəyindən xəbər verdi.
TİAHİ RK- nin sədri Hafiz Kərimov çıxış edərək belə yüksək tədbirin hazırlanmasında əməyi olanlara dərin təşəkkürünü bildirdi.
Tədbir elə dilimiz kimi şirin bir rəqslə sona yetdi.
Rəna Mirzəliyeva,
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir