İnsanlıqla musiqi qoşa qanad kimidir. Musiqi sahəsində bilik, bacarıq və vərdişlər şagirdlərin intellektual səviyyələrini əsas göstəricilərindən biridir. Ana laylası ilə böyüyən körpə sonra ibtidai siniflərdə daha da geniş inkişaf edir və musiqini çox sevir. Musiqisiz, rəqssiz insan zövqsüz olur.
İnsanlıqla musiqi qoşa qanad kimidir. Musiqi sahəsində bilik, bacarıq və vərdişlər şagirdlərin intellektual səviyyələrini əsas göstəricilərindən biridir. Ana laylası ilə böyüyən körpə sonra ibtidai siniflərdə daha da geniş inkişaf edir və musiqini çox sevir. Musiqisiz, rəqssiz insan zövqsüz olur. Musiqi dərsinin tədrisi prosesində öyrənilən mahnılar şagirdlərin vətəndaş kimi böyüməsinə köməklik edir. Musiqi dərsləri şagirdlərdə vətənpərvərlik tərbiyəsini inkişaf etdirir.
Kurikulum islahatına görə şagirdlər mahnı oxumaq qaydalarını, mahnı mətnlərinin məzmununa görə səhnələşdirməyi, musiqi alətlərinin xarakterinə və tembrinə görə bir-birindən fərqləndirməyi, müxtəlif janrlı musiqi əsərlərinə münasibət bildirmək, Azərbaycan və Avropa bəstəkarlarını tanımaq, onların əsərlərini tanımaq, musiqi notlarının adlarını demək və sadə musiqi alətlərində çalmağı baçarmağı qarşıya məqsəd kimi qoyulub. Müəllim dərs zamanı bəzən dərsində mahnı oxumaq qaydalarını öyrədən zaman dirijorluq edir, mahnını musiqisi ilə oxuyur .Musiqi dərsinin tədrisində şagirdlər üçün iş dəftərləri və müəllim üçün metodik vəsaitlər nəşr olunmuşdur. Bu musiqi fənnini şagirdlərə mənimsəməyə və sevməyə yardım edəcək və musiqi beşiyimiz Şuşanı, musiqimizin banisi Ü.Hacıbəyovu, könül dünyamızın sultanı olan muğamlarımızı da çox sevəcəklər.
Mövzu: Musiqi janrı.
Standart: 1.2.2. 1.1.1.
Məqsəd: 1. Musiqi janrlarının əlamətlərini izah edir.
2. Janr anlayışlarını tanıyır.
3. Musiqi janrlarını fərqləndirmək.
İnteqrasiya: T. i. 1.1.1.
Əsas anlayışlar: Janr, marş, rəqs, mahnı.
İş forması: Kiçik qruplarla iş.
İş üsulu: Müzakirə.
Resurslar: CD, iş vərəqləri, şəkillər.
Dərsin gedişi.
Motivasiya: Problemin qoyuluşu.
Üç musiqi janrına aid musiqi nümunələri səsləndirirəm. ”Qərənfil“ O.Zülfüqarov və A.Şaiq, Azərbaycan xalq rəqsi “Nəlbəki“ və “Heyratı“ ritmik muğamı.
Şagirdlərə bu nümunələrə aid hərəkət etmələrini xahiş edirəm.
Yardımçı suallar: Dinlədiyiniz musiqiyə uyğun oxuma, addımlama, rəqs hərəkətlərindən hansını yerinə yetirmək olar?
Sonra marş, rəqs, mahnı haqqında qısa məlumat verirəm.
Tədqiqat sualı.
1. Musiqi janrlarının hansı xüsusiyyətləri var?
Tədqiqatın aparılması.
Şagirdləri 4 qrupa bölürəm. Musiqi janrlarının xüsusiyyətlərini əks etdirən şəkillər paylayıram. Şagirdlər bu şəkillərin arasından verilmiş musiqinin janrına aid olanları seçib başqa vərəqə yapışdırırlar.
İnformasiya mübadiləsi.
Qrup işi lövhədən asılır və təqdim edilir.
İnformasiya müzakirəsi.
Müzakirə sualları.
1. Musiqi janrları hansılardır?
2. Hansı musiqi səslənərkən rəqs etmək lazımdır?
3. Hansı musiqi səslənərkən addımlayırlar?
4. Hansı musiqini oxuyurlar?
Mümkün cavablar.
1. Musiqi janrları marş, rəqs, mahnıdır.
2. Oynaq musiqi səslənərkən rəqs edirlər.
3. Marş musiqisi zamanı addımlayırlar.
4. Mahnını oxuyurlar.
Nəticə və ümumiləşdirmə.
Fikirləri ümumiləşdirirəm və nəticə çıxarıram. Qeyd edirəm ki, musiqi janrlarını fərqləndirmək üçün yerinə yetirilən hərəkətlərə diqqət yetirmək lazımdır.
Qiymətləndirmə.
Qiymətləndirməni rəğbətləndirmə yolu ilə aparıram.
Ev tapşırığı: ”Musiqi janr”ları haqqında məlumatları fərqləndirməyi öyrənin.
Surə Cəbrayılova,
Talıstan kənd tam orta məktəbinin ibtidai sinif müəllimi