Su Yer üzündəki bütün canlıların yaşaması üçün çox vacib bir vasitədir. Su olmazsa, Yer kürəsi Ay kraterini xatırladar. Bizi əhatə edən gözəl təbiət mənzərələri olmazsa, yaşamaq necə də maraqsız olardı. Digər tərəfdən bütün canlıların qidalanması bilavasitə su kimi qiymətli bir nemətdən asılıdır. Allahın bizə bəxş etdiyi su Yer üzündə daim müəyyən bir nizamda hərəkət edir. Dünyadakı həyatın davam etməsi də suyun həmin dövranı nəticəsində mümkün olmur.
Hesablamalara görə Yer üzündən bir saniyədə 16 milyon ton su buxarlanır. Bu miqdarda su bir ildə 513 trilyon ton su deməkdir. Bu, eyni zamanda Yer kürəsinə yağan yağışın miqdarıdır. Yəni bu dövretmə Yer üzərində həyatın davam etməsinə səbəb olur.
Əgər yağışın bu miqdarında kiçik bir dəyişiklik baş verərsə, qısa bir müddət sonra böyük ekoloji fəsadlar baş verə bilər və bu da həyata son qoyar. Lakin heç zaman belə olmur. Quranda bildirildiyi kimi, Yer üzünə hər il eyni miqdarda yağış yağmaqda davam edir. Bununla belə, elə ölkələr var ki, orada əhali sudan xeyli əziyyət çəkir. Bu yaxınlarda televiziyada Braziliyada su problemi yaşandığı barədə kadrlar göstərilmişdir. Torpağın necə cadar-cadar olduğu nümayiş etdirilmişdir. Yer kürəsində belə ölkələr istənilən qədərdir.
Biz öz ölkəmizi, yaxud rayonumuzu götürək. İlk baxışda suyumuz kifayət qədərdir. Bununla belə biz, canlılar üçün ən vacib olan bu əvəzedilməz neməti qənaətlə işlətməliyik. Açıq demək lazımdır ki, suyun qənaətinə heç fikir vermirik. Küçələrdə rast gəldiyimiz kranlardan, borulardan axan təmiz suyu görəndə adam deməyə söz tapmır. Gəlin, bu neməti qənaətlə işlədək, onu kanalizasiya borularına axıtmayaq. Ümumiyyətlə, hər şeyi qənaətlə işlətmək Allaha da xoşdur.
Abduləli Əliyev,
şəhər sakini

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir