Cəmiyyətdə nə qədər problemlər olursa olsun qadın problemi həmişə aktualdır.Г‡ünki, qadın cəmiyyəti formalaşdıran varlıqdır. Qadınlar öz hüquqları uğrunda 100 il bundan əvvəl də, bu gün də mübarizə aparırlar. Həmin xanımlar bu gün öz hüquqlarına nail ola biliblərmi, onların bu günki mövqeyi bizi, dövləti qane edirmi?
Əlbəttə böyük nailiyyətlər əldə olunub. Bu gün kişilərlərlə bərabər qadınlar cəmiyyətin bütün inkşaf sahələrində iştirak edirlər. Amma bununla bərabər hələ biz arzusunda olduğumuz gender bərabərliyinə nail ola bilməmişik.

Statistikaya nəzər salsaq görərik ki, dövlətin idarə olunmasında, qərar qəbul etməkdə və müxtəlif sahələrdə hələ də qadınların təmsilçilik faizi ürək açan deyil. Bunun üçün bir sıra səbəblər göstərmək olar. Amma əsas və başlıca səbəb bəzi ailələrin qız uşaqlarını təhsildən yayındırmaqları və ya təhsillərini davam etdirməyə mane olmalarıdır. Əksər hallarda, qız uşaqlarının təhsillərinin yarımçıq qalmasında erkən nigahın rolu daha böyük olsa da, birmənalı olaraq, bununla əlaqələndirmək düzgün olmazdı.
Hamıya məlumdur ki, erkən nikah savadsızlığın artmasına səbəb olur. Belə ki, erkən nigaha daxil olan qızların əksəriyyəti nəinki ali təhsil, hətta tam orta təhsil belə almırlar. Ya orta məktəbi bitirə bilmirlər, ya da orta məktəbi bitirdikdən sonra ali məktəbə qəbul ola bilmirlər. Bu da müəyyən dərəcədə də olsa cəmiyyət üçün müəyyən itki hesab oluna bilər. Böyüməkdə olan nəslin tərbiyəsində qadınların rolu daha böyükdür. Təhsili, biliyi, bacarığı mükəmməl olan bir qadın doğru-dürüst övladlar yetişdirməkdə təbii ki, digərlərindən fərqlənəcək. Hələ bu bacarıqlara qadının özü ilə bərabər doğulmuş həya, ismət və əxlaq da əlavə olunursa, deməli gələcək üçün mükəmməl bir şəxsiyyət yetişdirmək yolunda heç bir maneə qalmır deməkdir. Bir məsələ də bizi düşündürməlidir. Niyə qızlarımız daha çox pedaqoji sahəyə üstünlük verirlər? Bunun da bir sıra səbəbləri var ki, onlardan ən əsası qadın müəllimlik sənətinə sahib olarsa, gələcəkdə həyat yoldaşı ona işləməyə icazə verməsidir. Təbii ki, biz də qadınların biliyindən, savadından, vəzifəsindən sui-istifadə edib ailədə “hakimiyyət” davası etməsini istəmirik. Əsla, ailə adlandırdığımız kiçik bir dövlətin başçısı kişilər olmalıdır. Bu bizim azərbaycanlı ailəsinə xas olan ən gözəl xüsusiyyətlərdən biridir. Mənə elə gəlir ki, ən gözəl qız övladı tərbiyə etmək ona həm milli-mənəvi dəyərlərimizi öyrətmək, həm də təhsil verməkdir. Bu ikisi bir arada olarsa, qızlarımız qadın zənginliyinin ən uca zirvəsində olarlar. Təhsil qızlarımızın ikinci xoşbəxtliyidir. Xoşbəxt övlad, sağlam ailə başçısı, əxlaqlı və tərbiyəli bir övlada sahib olmaq istəyirsinizsə, təhsili ikinci plana keçirməyin. Xoşbəxt gələcəklərini təmin etmək üçün biliyə və təhsilə yer ayıran qızlarımız həqiqətən alqışa layiqdirlər. Qızlarımıza birinci tərbiyə, ikinci isə ali təhsil verək.
Güllübəyim Lətifova,
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti