Yola saldığımız köhnə ilin son günlərində İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin həyətində xüsusi izdiham vardı. Hamının üzündə sevinc vardı. Həmin gün məktəbimizin müəllim və şagird kollektivi ön cəbhədə Vətən torpaqlarını şərəflə qoruyan igid əsgərlərimizə bayram sovqatı yola salırdı.
Məktəbin direktoru Əhmədağa Ələkbərov çıxışında bu təşəbbüsü irəli sürən V sinfin şagirdlərinə və sinif rəhbərinə təşəkkürünü bildirdi. Şagirdlər sovqatlarla bərabər əsgərlərə məktublar da yazmışdılar. Sovqat və məktublar həmin gün yola salındı.
Unudulmaz bir günUnudulmaz bir gün

Bu yaxınlarda isə hərbi hissədən məktəbimizə göndərilən cavab məktubu bütün müəllim və şagird kollektivimizi xeyli sevindirdi. Ön cəbhədəki əsgərlərimizdən aldığımız cavab məktublarına n saylı hərbi hissə komandirinin cavab məktubu da əlavə edilmişdi. Komandir məktəbin direktoruna və müəllim kollektivinə dərin təşəkkürünü bildirir. Məktubdan bir parçanı burada sitat gətirmək istəyirəm: “Körpə balaların bu istəyi və yazdıqları məktublar ərazisinin böyük hissəsi düşmən tapdağında olan Ağdam rayonunda xidmət edən əsgərlərimizin mübariz ruhunu daha da qüvvətləndirmiş oldu”.
Biz şagirdlər bilirdik ki, göndərdiyimiz bu kiçik sovqata əsgərlərimizin ehtiyacı yoxdur, onların hər cür təminatı var. Məncə, bu sovqat həm bizim üçün, həm də əsgərlərimiz üçün unudulmaz olacaq.
Gün o gün olsun ki, Vətən sərhədlərini ayıq-sayıq qoruyan igid əsgərlərimizə qələbə sovqatı yollayaq.
Toğrul Qasımov,
İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin X sinif şagirdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir