Tarix boyu bəlalar görmüş Azərbaycan ən çətin anlarında mərd, cəsarətli övladlarına arxalandı. Ermənipərəst sovet rəhbərlərinin Azərbaycanı əymək, sındırmaq, susdurmaq cəhdləri boşa çıxdı. Fəlakətlər girdabına atılsa da, sinəsinə çalın-çarpaz dağlar çəkilsə də, ciyərparələri gülləbaran, şil-küt edilsə də sarsılmadı, başını dik tutdu, qürurunu saxlaya bildi Azərbaycan!
Hər il olduğu kimi, bu il də şəhidlərin anım günündə rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, hüquq-mühafizə idarələrində çalışanlar, xidməti idarələrin işçiləri, şəhər məktəblərinin müəllim və şagird kollektivi, rayon ictimaiyyətinin nümayəndələri 20 Yanvar şəhidləri xatirəsinin anılması günündə ulu öndər Heydər Əliyevin adını daşıyan mərkəzi prospektdə sıralanaraq, sanki bölgədə yaşayanların birliyini nümayiş etdirirdi. Əllərində qırmızı qərənfillər tutan insanların sırasında məktəblilər, yaşları bu unudulmaz faciənin yaşından xeyli az olan qızlar və oğlanlar xüsusilə seçilirdilər. Yaranmış izdiham ildən-ilə şəhidlərə olan ehtiramın artmasından xəbər verirdi.

Həmin gün Şəhidlər xiyabanı istiqamətində prospektdə nəqliyyatın hərəkəti dayandırılmışdı.
Yaşlı nəslin nümayəndələrinin Şəhidlər xiyabanını ziyarət etməsi üçün avtobuslar ayrılmışdı.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov torpaqlarımızın azadlığı, müstəqilliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn vətən övladlarının məzarlarını ziyarət edənlərin önündə gedərək, Şəhidlər xiyabanını ziyarət etdi. Şəhidlərin ruhuna dualar oxundu, məzarları üstünə qızılgüllər, qərənfillər düzüldü.
Ziyarət saatlarla davam etdi.
Ziyarətdən sonra müharibə əlilləri, şəhid ailələri, ağsaqqallar, ikinci dünya müharibəsi veteranları, Г‡ernobıl faciəsi zamanı əlil olanlar, din xadimləri Peşə tədris mərkəzində açılmış ehsan süfrəsi ətrafına gəldilər. Məhəmmədiyyə məscidinin axundu Elnur Yusifov 20 Yanvar faciəsinin baş vermə səbəblərindən, ümummilli liderimiz Heydər Əliyevin hadisələrə hüquqi və siyasi qiymət verməsindən bütün əməlləri ilə şəhidlərin ruhunu şad etməsindən ətraflı danışdı. Şəhidlərin ruhuna yasin oxundu, dualar verildi.
Rayon ictimaiyyətinin nümayəndələrindən bir qismi Mədəniyyət Sarayının önünə toplaşdılar, burada məktəblilərin rəsm sərgisinə baxış keçirildi.
Sonra İsmayıllı Mədəniyyət Sarayında 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbir keçirildi.
İsmayıllı Rayon Təhsil Şöbəsinin əməkdaşı Rəşid Məmmədov “20 Yanvar xalqımızın qan yaddaşıdır” mövzusunda çıxış etdi. Tədbirin aparıcısı diqqətə çatdırdı ki, Azərbaycan xalqının mübarizlik, qürur və dəyanət ünvanına çevrilmiş 20 Yanvar hadisələrindən 25 il keçir. Bu qanlı faciənin başvermə səbəbləri haqqında zaman-zaman müxtəlif fikir və rəylərə rast gəlsək də, sonda bu qənaətə gəlirik: Azərbaycan xalqı əsrlər boyu düşündüyü və qəlbində yaşatdığı milli azadlıq, istiqlal istəyindən geri çəkilməməyini, bu müqəddəs amal uğrunda hətta ən layiqli, ən cəsarətli övladlarını qurban verməyə belə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.
Monitor vasitəsilə 20 Yanvar faciəsinin dəhşətlərini göstərən slayd nümayiş etdirildi. Şəhər 1, 2 və 3 nömrəli uşaq bağçalarının balaca fidanlarının hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirildi. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələrinin, məktəblilərin söylədiyi şeirlər, Rövşən Teyyubovun, İntiqam İbrahimovun iştirakçısı olduğu ədəbi-bədii kompozisiya 20 Yanvar faciəsinin əsl mahiyyətini açdı.
Tədbir “Tərəqqi” medallı müğənni Sahibə Abdullayevanın oxuduğu mübariz ruhlu “Yaşa Azərbaycan” mahnısı ilə yekunlaşdı.
“İsmayıllı xəbərləri”