Təcrübəli pedaqoq, yazıçı, jurnalist, publisist, Azərbaycan Yazıçılar və jurnalistlər birliklərinin üzvü, “Tərəqqi” medallı Miryavər Hüseynovun “Basqal və basqallılar” kitabından əvvəl müəllif barədə bir neçə cümlə ilə fikir deməyi lazım bildim. Lahıc qəsəbəsi ilə bağlı bir həqiqəti nümunə gətirməklə fikrimi təsdiq etmək istədim.
Basqal və basqallılar  haqqındaYeni nəşrlər

Təcrübəli pedaqoq, yazıçı, jurnalist, publisist, Azərbaycan Yazıçılar və jurnalistlər birliklərinin üzvü, “Tərəqqi” medallı Miryavər Hüseynovun “Basqal və basqallılar” kitabından əvvəl müəllif barədə bir neçə cümlə ilə fikir deməyi lazım bildim. Lahıc qəsəbəsi ilə bağlı bir həqiqəti nümunə gətirməklə fikrimi təsdiq etmək istədim.
1975-ci ilin sentyabr ayında Г‡exoslavakiyanın “Rude pravo” qəzetinin SSRİ üzrə müxbiri Aleksandr Aborski İsmayıllıya gəlmişdi. Əsas məqsədi isə Lahıcda olmaq idi. Birinci katib Tamara Hümbətova mənə Lahıc səfəri zamanı qonağı müşaiyət etməyi tapşırdı. Biz üç gün qədim diyarda –“qəsəbə sovetinin sədri Hacıbaba Kazımovun evində qonaq olduq. Bu müddətdə xarici jurnalist ev sahibindən ölçüyəgəlməz dərəcədə hörmət gördü. Qayıdanda Tamara Hümbətovaya dedi:
– “Mən Azərbaycanda olmasaydım, Azərbaycandan kənarda belə Hacıbaba Kazımova rast gəlsəydim, dünya xalqları arasında ən böyük hörmətim Azərbaycan xalqına olardı”.

Basqal və basqallılar  haqqında

Milləti, xalqı, eli-obanı bu səviyyədə təmsil etmək böyük vətəndaş dəyanəti, ləyaqəti olanların işidir.
Uzun illər həmkar olaraq Miryavər müəllimlə birgə fəaliyyətdən yəqin etmişəm ki, o da öz elini, obasını, yaşadığı məkanı, mənsub olduğu camaatı yüksək səviyyədə təmsil etmək bacarığına malikdir. Bu bacarığı, bu intellekti, bu el cəfakeşliyini Miryavər Hüseynovun kitablarını oxumayanlar Basqala həsr olunmuş filimdə daha yaxşı görə bilərlər. M.Hüseynov bu filmdə də Basqalı tarixçi, etnoqraf, publisist və senarist kimi təqdim edir.
Г‡atıram o məqama ki, sizi “Basqal və basqallılar” kitabı ilə yaxından tanış edim. Bu tanışlıqdan ilk növbədə onu biləcəksiniz ki, Miryavər Hüseynova çox böyük dəyər verən, onu layiq olduğu mərtəbədə görən rayon İcra Hakimiyyətinin başçısı, professor, Əməkdar elm xadimi Mirdaməd Sadıqov onun kitabının işıq üzü görməsi üçün bütün köməklikləri göstərib. Mirdaməd müəllim harada yaşamasından, harada işləməsindən asılı olmayaraq həmişə Miryavər müəllimlə, onun yaradıcılığı ilə maraqlanıb, 2013-cü il may ayının 25-də onun 80 illik yubileyini keçirib.

Basqal və basqallılar  haqqında

M.Hüseynov professorun dəstəyi ilə “Basqal və basqallılar” kitabını bizə ərmağan edib. Bu kitab vasitəsilə qədim tarixə, mədəniyyətə malik Basqal və ona şərəf gətirən basqallılar ən yüksək səviyyədə təqdim olunur. Kitab iki hissədən ibarətdir: müəllifin müxtəlif illərdə çap etdirdiyi “Basqal əcdadlarımızın əks-sədasıdır” etnoqrafik etüdlər toplusundan və “Yaşamaq elmi” povestindən ibarətdir. Kitab tarix elmləri doktoru, professor Eldar İsmayılovun “Dünyanın sirri var, sözü var səndə…” ön sözü ilə oxucunun üzünə açılır. Miryavər müəllim bu sirli, milli-mənəvi, maddi dəyərləri, orijinal memarlıq üslubunu, şəhərsalma mədəniyyətini bu günə gətirən və yaşadan Basqalın tarixinə hamının başa düşəcəyi dildə tanınmış basqallıların şəxsiyyəti fonunda baş vurur, Basqalı, basqallıları oxuculara məharətlə təqdim edir. Bir dəfə belə Basqalda olmayan soydaşımız “Basqal və basqallılar” kitabını oxuduqdan sonra bu qədim diyarı, onun dəyərli insanlarını tanıyacaq, özünə borc biləcək ki, Azərbaycanın bu gözəl, abad, tarixlər şahidi olan guşəsinə gəlsin, Miryavər müəllimlə görüşsün, müəllifin avtoqrafı ilə kitabı nəsillərə xatirə kimi götürsün. Mən “Basqal və basqallılar” kitabı barədə informasiya xarakterli yazı hazırlayıb oxuculara məlumat vermək istədim. Maraqlanan hər kəs Miryavər müəllimin yaradıcılıq məhsulunu alıb oxuduqdan sonra kitabın dəyərli olduğunu müəyyən edəcək.
Bu il mart ayının birinci ongünlüyündə “Basqal və basqallılar” kitabının təqdimatı olacaq. Rayondan kənarda yaşayan basqallıları, İsmayıllını müxtəlif yerlərdə təmsil edən görkəmli ziyalıları İsmayıllı rayon İcra Hakimiyyəti təqdimata dəvət edəcək. Qonaqlar həm də rayonun bu günü və sabahkı inkişaf layihələri ilə tanış olacaqlar. Hər kəs də elinə-obasına, təmsil etdiyi bölgəyə münasibətdə öz yerini müəyyənləşdirəcək.
“Basqal və basqallılar” kitabını oxumaq istəyənlərə məsləhətim budur ki, müəllifin özünə – Miryavər Hüseynova müraciət etsinlər.
Valeh Salehov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir