“Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq”.
H.Əliyev
Cəmiyyətimiz müəllimləri həmişə yüksək qiymətləndirir. İsmayıllı rayonunda da bu ənənə hər zaman davam etdirilmiş, müəllimə, ziyalıya böyük dəyər verilmişdir.
Balaməmməd Ağayev Azərbaycan Pedaqoji İnstitutunun (indiki N.Tusi adına APU) filologiya fakultəsində təhsil alaraq dil-ədəbiyyat, məntiq psixologiya ixtisası üzrə müəllim peşəsinə yiyələnmişdir. 1951-ci ildə pedaqoji fəaliyyətinə Basqal kənd tam orta məktəbində başlayan B.Ağayevin müəllimlik və təşkilatçılıq bacarığı tezliklə özünü göstərir. Elə buna görə də 1954-cü ildə Diyallı kənd tam orta məktəbinə direktor təyin edilir. Sonralar uzun müddət doğulub boya-başa çatdığı Təzəkənd kənd tam orta məktəbində müəllim işləyir.

1978-ci ildə B.Ağayev Ağbulaq kənd ümumi orta məktəbinə, bir ildən sonra isə İsmayıllı şəhər 2 nömrəli qiyabi orta məktəbə direktor təyin edilir. 1986-cı ildən 1994-cü ilə qədər Gəndo kənd ümumi orta məktəbinə rəhbərlik edir. 1994-cü ildən artıq yollar yorğunu olan B.Ağayev öz xahişi ilə öz doğma kəndinə dönür və M.Əzimov adına Təzəkənd kənd tam orta məktəbində təlim-tərbiyyə işləri üzrə direktor müavini, psixoloq və Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir.
Fəaliyyəti dövründə “Baş müəllim” adı almış B.Ağayev İsmayıllı Rayon Təhsil Şöbəsinin ştatdankənar metodisti olmuşdur. Dəfələrlə Fəxri fərman və təşəkkürnamələrlə təltif edilmişdir.
Ömrünü müəllimlik peşəsinə həsr edən Balaməmməd müəllim gözəl insan və əxlaqlı ziyalılığı ilə hər zaman fərqlənmişdir.
İsmayıllıd ziyalı mühiti yaradılmasında xidmətləri ilə xatırlanan Balaməmməd müəllimin aramızdan getməsindən düz 7 il keçir. 2008- ci ilin 14 yanvarında dünyasını dəyişən bu səmimi və bacarıqlı pedaqoq hələ uzun illər onu tanıyanların xatirəsində yaşayacaqdır.
A.Ağayev