* Böyüklük mərifət və bilikdədir, haralı və kimlərdən olmaqda deyildir.
* Bilik əldə etmək tay-tuş içərisində irəli getmək deməkdir, elm və sənətdən əl çəkmək isə geriliklə razılaşmaqdır.
* Həzrəti peyğəmbərimiz Məhəmməd elm haqqında hədislərinin birində demişdir: – Elm çətinlikdə köməkçimiz, xoşbəxtliyə tərəf yol göstərənimiz, dostlar arasında zinətimiz, düşmənlər arasında isə silahımızdır.Müdriklər deyiblər

* Az da olsa, hər şeyi saxlamağı vacib bil, çünki azı saxlamağı bacarmayan, çoxu da saxlaya bilməz.
* Öz işini başqalarının işindən üstün tut, kahallıqdan utan, kahallıq bədbəxtliyin şagirdidir.
* Zəhmət sevən ol, çünki hər şey tənbəllikdən deyil, zəhmətdən əmələ gəlir, görmürsənmi əmək nemət yaradır, tənbəllik isə onu dağıdır.
* Abadlıq istəyirsənsə, çalışqan, dövlət istəyirsənsə, qənaətcil, çox dost istəyirsənsə, təvazökar ol.
* Yoxsulluğun səbəbi israfçılıqdır, rahatlıq zəhmətdədir.
* Dünyada ən möhtəşəm adam odur ki, heç kəsə ehtiyacı olmasın. Ən məzlum və yazıq adam odur ki, hamıya möhtac olsun və utanmadan özü kimilərindən ailəsinə köməklik göstərməsini umsun və onlara əl açsın.
Toplayanı: Abduləli Əliyev,
Böyük Vətən müharibəsi veteranı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir