Dekabr ayının 13-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Lahıc qəsəbəsinin sakinləri ilə səyyar görüş-qəbul keçirib.
M.Sadıqov çıxış edərək əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf kursunun prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib, regionların sosial-iqtisadi inkişafından söz açıb. RİH başçısı rayonun infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlərdən, əhalinin sosial problemlərinin həllində həyata keçirilən tədbirlərdən, həmçinin, qəsəbədə və ətrafdakı yaşayış məntəqələrində əməyin təşkili, yeni iş yerlərinin açılması məsələlərindən, gənclərin bu yerlərdə qalıb, yaşamasına şərait yaradılmasının vacibliyindən danışıb. Başçı yeni ildə qəsəbədə məktəb binası inşa ediləcəyi barədə də görüş iştirakçılarına məlumat verib.
Görüş-qəbullarGörüş-qəbullar

Lahıc

Görüş-qəbullar

Lahıc qəsəbə tam orta məktəbinin fiziki tərbiyə müəllimi Bənövşə İsmayılova məktəbdə idman zalının olmadığını bildirib. Ağsaqqal Məcid Abbasov sakinlər adından Lahıcda mədəniyyət evi tikilməsini, həmçinin, qəsəbəyə qaz xəttinin çəkilməsini xahiş edib.
İcra başçısı qəsəbə sakinlərinin qayğıları və problemlərinin həlli ilə əlaqədar göstərişlər verib.
Lahıc qəsəbə tam orta məktəbinin müəllimi Dadaş Əliyev əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq-quruculuq işlərindən razılıq edib, qəsəbəyə asfalt yolun çəkilməsinə, bu qədim məkana göstərilən diqqət və qayğıya görə ərazidə yaşayanlar adından ölkə Prezidentinə minnətdarlıq bildirib.

Gəraybəyli
Regionların sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq, 17 dekabr 2014-cü il tarixdə İsmayıllı rayonunun Gəraybəyli kəndində sosial problemlərin həlli istiqamətində görüləcək tədbirlərlə bağlı sakinlərlə görüş-qəbul keçirilib.
Görüşdə kəndin mövcud problemləri diqqət mərkəzində olub. Rroblemlərdən söz açmazdan öncə sakinlər çıxış edərək rayonda görülən quruculuq-abadlıq işlərindən razılıqla danışıblar.
Kənd sakini Sərvər Əhmədov tikdirdiyi təzə evinə qaz xəttinin çəkilməsinə köməklik edilməsini, Səfər Əhmədov ona məxsus əkin sahəsinə qonşu kəndin mal-qarasının ziyan vurduğunu bildirib və bu kimi halların aradan qaldırılması üçün tədbir görülməsini xahiş edib.
Görüşdə qaldırılan problemlərin həlli ilə bağlı aidiyyəti idarələrə və məsul şəxslərə lazımi göstərişlər verilib.
“İsmayıllı xəbərləri”

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir