Dekabr ayının 10-da İsmayıllı Rayon İcra Hakimiyyətinin akt zalında Respublika YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva ilə rayon ictimaiyyəti fəallarının görüşü keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, YAP Yasamal rayon Qadınlar Şurasının sədri Tamilla Şahbazova, RİH başçısının müavinləri, hüquq mühafizə orqanlarının rəhbərləri də iştirak edirdilər.

İctimaiyyət fəalları ilə görüşİctimaiyyət fəalları ilə görüş

Dekabr ayının 10-da İsmayıllı Rayon İcra Hakimiyyətinin akt zalında Respublika YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva ilə rayon ictimaiyyəti fəallarının görüşü keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, YAP Yasamal rayon Qadınlar Şurasının sədri Tamilla Şahbazova, RİH başçısının müavinləri, hüquq mühafizə orqanlarının rəhbərləri də iştirak edirdilər.
Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açdı.

İctimaiyyət fəalları ilə görüş

Tədbirdə respublika YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva rayon ictimaiyyətini salamladı, yeniləşən və inkişaf edən İsmayıllıda olmağından məmnun olduğunu bildirdi. N.Əliyeva çıxışında qeyd etdi ki, Azərbaycan gündən-günə müasirləşməkdə, yeniləşməkdə davam edir. Hər bir şəhərin, yaşayış məntəqəsinin abadlaşması, yenidən qurulması, sosial həyatın yüksəlişi ölkə iqtisadiyyatının durmadan güclənməsidir. Bir sözlə, bu, ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycanın tərəqqisidir.

İctimaiyyət fəalları ilə görüş

Yığıncaqda çıxış edən RİH başçısı Mirdaməd Sadıqov prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə qazanılan böyük uğurlardan, genişmiqyaslı inkişafdan, həyata keçirilən sosial layihələrdən söz açdı. Başçı rayonun sosial infrastrukturunun inkişafındakı yeniliklərdən danışdı, ölkə rəhbərinin daima İsmayıllıya böyük diqqət və qayğı göstərdiyini qeyd etdi.
Gülnarə Mirzəliyeva

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir