Dekabr ayının 22-də İsmayıllı Peşə Tədris Mərkəzində “Narkomaniyaya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə” mövzusuna həsr olunan tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə” İsmayıllı Rayon Komissiyasının sədri Rövşən Ağayev bildirib ki, bu gün bəşəriyyəti düşündürən və narahat edən ən ağrılı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyadır. Ağ ölümlə mübarizədə gənclər arasında maarifləndirmə işinin aparılması və bu sahədə təhsil müəssisələrinin, kitabxanaların, idman təşkilatlarının, mətbuatın, eləcə də ictimaiyyətin rolu böyükdür.
Tədbirdə narkomaniyanın törətdiyi bəlalardan bəhs edən filmə baxılıb.
Narkomaniyaya qarşı mübarizə

“Narkomaniyaya qarşı mübarizədə polisin rolu və vəzifələri” mövzusunda İsmayıllı Rayon Polis Şöbəsinin rəisi Nizami Qocayev, “Narkomaniyanın fəsadları” mövzusunda rayon prokuroru Rahib Seyidov, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizədə məhkəmə təcrübəsindən” mövzusunda rayon məhkəməsinin hakimi Azad Əliyev, cəmiyyətdə narkotik istifadəçilərinin müəyyən edilməsindən Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini İsrayıl İsmayılov danışıb. İştirakçılar bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən söz açıblar.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qeyd edib ki, ölkədə narkotik vasitələrdən istifadənin qarşısının alınması istiqamətində müxtəlif qanun və Dövlət Proqramları qəbul olunub və həyata keçirilir. Bununla yanaşı, respublikamızda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizənin gücləndirilməsinə xidmət edən qanunvericilik bazasının təkmilləşdirilməsinə böyük diqqət yetirilir.
Belə tədbirlərin keçirilməsində əsas məqsəd bu istiqamətdə gənc nəsli maarifləndirməkdir.
Г‡inarə Bəhərçinli