Yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsində sinifdənxaric tədbirlərin əhəmiyyəti danılmazdır. Tarixi günlərin, bayramların, görkəmli şəxsiyyətlərin anım günlərinin qeyd edilməsi də bu işdə az rol oynamır. Teymur Xəlilov adına Xanagah kənd ümumi orta məktəbində də vaxtaşırı bu cür tədbirlər keçirilir. Belə tədbirlərə şagirdlərin geniş cəlb edilməsi yaxşı nəticələr verir və bu, onların marağına səbəb olur. Şagirdlər də tədbirin yüksək səviyyədə keçməsinə səy göstərirlər. Bu günlərdə şagirdlərin yaxından iştirakı ilə maraqlı bir tədbir keçirdik.
Maraqlı tədbirMaraqlı tədbir

Maraqlı tədbir

Dekabrın 12-də ümummilli liderimiz Heydər Əliyevin anım gününü qeyd etdik. Tədbir VII sinif şagirdlərinin respublika himninin oxuması ilə başladı. Sonra bu sətirlərin müəllifi Ulu öndər haqqında geniş məlumat verdi. O, çıxışında Ulu öndərin Azərbaycanın müstəqilliyi üçün apardığı mübarizədən, ölkənin beynəlxalq aləmdə tanıdılması üçün həyata keçirdiyi daxili və xarici siyasətindən söhbət açmışdır.
Şagirdlər Ümummilli liderə həsr edilmiş şeirlər oxumuşlar. Onun xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Məktəb kollektivi Heydər Əliyev guşəsinin önünə tər çiçəklər qoymuşlar.
Tükəzban Balalıyeva,
Xanagah kənd ümumi orta məktəbinin tarix müəllimi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir