14 fevral 2013-cü il. Qos-qoca tarix üçün sıradan, adi bir gün. İsmayıllı üçün isə… İsmayıllının tarixinə tarixi gün kimi yazılacaq bir gün. Həmin tarixdə ölkə rəhbərinin sərəncamı ilə İsmayıllı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edildi və İsmayıllı torpağının yetirməsi olan bu insana Rəhbər sərəncamla birgə gücünün, qüvvəsinin yetəcəyi çox mühüm tapşırıqlar da verdi. İsmayıllını regionun ən inkişaf etmiş rayonları sırasına çıxarmaq qarşıya qoyulmuş ən böyük məqsəd idi. Ötən əsrin səksəninci illərində ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə tamamən yenidən tikilib qurulan İsmayıllı yeni əsrdə demək olar ki, unudulmuş, gözdən, könüldən iraq qalmışdı. Ətraf rayonlar, ümumilikdə, ölkə böyük addımlarla irəliləsə də, İsmayıllıda sükut pozulmaq bilmirdi. Əhalisinin yarıdan çoxu qadınlar olan bir rayonda onların toplum iş yeri ola biləcək bir sex, bir fabrik illərin arzusu olaraq qalırdı. Qadınlı-kişili, qocalı-cavanlı hər kəsin ən yaralı yeri çörək pulunu qazana biləcəyi iş idi. Beləcə, tədricən “sosial yardım” çoxlarının yeganə ümid, çörək yeri oldu. Ta bu tarixə kimi…
Yaddaşlarda yaşayacaq görüş
Biz qadınlar üçün də iş yerləri yaradırıq. Bu, həm ölkə üçün lazımdır, həm iş yerləridir.
İlham Əliyev
14 fevral 2013-cü il. Qos-qoca tarix üçün sıradan, adi bir gün. İsmayıllı üçün isə… İsmayıllının tarixinə tarixi gün kimi yazılacaq bir gün. Həmin tarixdə ölkə rəhbərinin sərəncamı ilə İsmayıllı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edildi və İsmayıllı torpağının yetirməsi olan bu insana Rəhbər sərəncamla birgə gücünün, qüvvəsinin yetəcəyi çox mühüm tapşırıqlar da verdi. İsmayıllını regionun ən inkişaf etmiş rayonları sırasına çıxarmaq qarşıya qoyulmuş ən böyük məqsəd idi. Ötən əsrin səksəninci illərində ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə tamamən yenidən tikilib qurulan İsmayıllı yeni əsrdə demək olar ki, unudulmuş, gözdən, könüldən iraq qalmışdı. Ətraf rayonlar, ümumilikdə, ölkə böyük addımlarla irəliləsə də, İsmayıllıda sükut pozulmaq bilmirdi. Əhalisinin yarıdan çoxu qadınlar olan bir rayonda onların toplum iş yeri ola biləcək bir sex, bir fabrik illərin arzusu olaraq qalırdı. Qadınlı-kişili, qocalı-cavanlı hər kəsin ən yaralı yeri çörək pulunu qazana biləcəyi iş idi. Beləcə, tədricən “sosial yardım” çoxlarının yeganə ümid, çörək yeri oldu. Ta bu tarixə kimi…
2013-cü ilin açılan yazıyla, gələn baharıyla İsmayıllıya yeni bir nəfəs, yeni bir ab-hava gəldi. Baharın ən gözəl çağında – aprel ayında qapıları xoş bir xəbər “döydü”: Rayonda Tikiş Fabriki açılır. Və bu xəbər qısa vaxtda reallığa çevrildi. Bakı Tikiş Evi İsmayıllı Fabrikinin təşkilini, burada işləyəcək işçilərin hazırlanmasını öhdəsinə götürdü. İllərdir Rayon Məşğulluq Mərkəzində növbəyə durub həsrətlə iş gözləyən, dərzilik səriştəsi olan xanımlar üçün tikiş kursları təşkil edildi.
Cəmi bir neçə ay sonra – avqustda rayonun mərkəzində yerləşən və bu gün üçün ən müasir olan bir binanın üzərindən ismayıllısevərlərin sevinclə baxdıqları, razılıqla qarşıladıqları lövhə asıldı: İsmayıllı Tikiş fabriki. Təbii ki, ən çox sevinən burada işləyəcək qadınlarımız oldu.
Ölkə rəhbərinin elə həmin ayda rayona gələcəyi, fabrikin açılışına qatılacağı xəbəri bu sevinci qat-qat artırdı. Və o gün gəldi.
O gün – 2013-cü il 14 avqust, həyatımın ən əlamətdar günü. O gün mənə Azərbaycanımızın bu günü üçün minnətdar olduğum bu böyük insanla şəxsən görüşmək, həmsöhbət olmaq nəsib oldu. Üzündəki nurlu təbəssümlə bu böyük və məsuliyyətli görüşün yaratdığı bütün həyəcanı, təşvişi bir andaca yox edən möhtərəm Prezidentimiz İlham Əliyevi fabriklə tanış etmək şərəfi mənə nəsib oldu. Tikişçi qızlarımız da mənimlə bahəm o bir neçə dəqiqədə illərin sevincini yaşadıq. Görüş çox gözəl keçdi. Fabrikimiz də, özümüz də bu görüşə tam hazır idik.
Fabrikin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövləti fəaliyyətlərini, iqtisadiyyatın inkişafı istiqamətində gördükləri işləri və müxtəlif dövrlərdə İsmayıllıya səfərlərini əks etdirən fotolardan ibarət stend yaradılmışdı. Buradakı sərgi salonunda müəssisənin məhsulları nümayiş etdirilirdi. İnzibati otaqlarda yüksək şərait hazırlanmışdı, yemək otağı, mətbəx göz oxşayırdı. Fabrikin həyətində geniş abadlıq-quruculuq işləri görülmüş, yaşıllıq zolağı salınmışdı. İstehsal sexində normal iş şəraiti yaradılmış, Yaponiya, Çin, Rusiya, Almaniya və Türkiyə istehsalı olan ən müasir avadanlıqlar quraşdırılmışdı.
Dövlətimizin başçısı fabrikin kollektivi ilə səmimi söhbət etdi. Jurnalist təxəyyülüm o anları, o görüşü olduğu kimi hər an xatırlamağa imkan verir:
“Prezident İlham Əliyev: Necəsiniz? İşlər necə gedir, necə işləyirsiniz?
Tikişçilər: Çox sağ olun, bu şəraitə görə minnətdarıq.
Prezident İlham Əliyev: Biz qadınlar üçün də iş yerləri yaradırıq. Bu, həm ölkə üçün lazımdır, həm iş yerləridir. Həm də ki, qadınların işə cəlb edilməsi məsələləri öz həllini tapır. Hər halda iş yerlərinin açılması, belə gözəl, müasir şəraitdə bu işlərin təşkili sevindirici haldır. Sizi təbrik edirəm.
Tikişçi qadın: Cənab Prezident, rayonumuzda qadınlar üçün bu gözəl şəraiti, bu tikiş fabrikini yaratdığınıza görə Sizə ürəkdən minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun! Amin!
Başqa bir tikişçi qadın: Cənab Prezident, biz 1990-cı illərin əvvəllərində çörək növbələrini də görmüşük. Bugünkü gözəl, xoşbəxt həyatı yaşadığımıza görə, göydə Allaha, yerdə Sizə ürəkdən minnətdarlıq. Sizə uzun ömür, cansağlığı, bundan da gözəl nailiyyətlər, uğurlar arzulayırıq. Amin!
Prezident İlham Əliyev: Çox sağ olun! İsmayıllıda işlər yaxşı gedir. Yeni rəhbərlik də çox fəal başlayıb. Artıq biz içməli su layihəsini də həll etdik. İndi şəhərə içməli su veriləcəkdir. Digər layihələr, iş yerləri, sosial obyektlər, avtovağzal, ondan sonra gedəcəyik elektrik stansiyasının açılışına. İsmayıllıda işlər kompleks şəkildə və sürətlə gedir. Belə iş yerlərinin açılması da onu göstərir ki, rayon dinamikanı artıq əldə saxlaya bilib.
İşçilər: Sizin rəhbərliyiniz sayəsində, cənab Prezident.
Prezident İlham Əliyev: Sizə yeni uğurlar, cansağlığı arzulayıram!”
Bu möhtəşəm görüş xatirə şəkli ilə əbədiləşdirildi.
Ayrılarkən ölkə rəhbəri: “Tezliklə görüşəcəyik, mən yenə İsmayıllıya gələcəm” – dedi. Bu sözlərdəki qətiyyətdə, üzdəki səmimi ifadədə mən İsmayıllımızın Respublikamızla yanaşı addımlayan sabahını gördüm.
O sabahda nələr olmayacaqdı ki… yeni-yeni tikililər, qap-qara asfalt yollar, kəndlərimizə uzanan “mavi alov” dilimləri. Və bu sabahların nurundan mənim dogma kəndimə – Diyallıya da xeyli pay çatacaqdı. Möhtərəm Prezidentimizin o gəlişindən azca sonra magistral yoldan Diyallıya gedən və illər uzunu baxımsız qaldığından tamamən dağılan 8 kilomtrlik yol müasir tələbə uyğun asfalt örtüyə bürünəcəkdi. Kəndimə qonşu olan kəndlərdə illərdi istifadə olunan “mavi yanacaq” axır ki, bizim kəndə də təşrif gətirəcəkdi. İçməli su təminatı üçün böyük bir artezian quyusu həmkəndlilərimin istidadəsinə veriləcəkdi. Və daha nələr, nələr olacaqdı… Kəsəsi, o mübarək gəlişdən, o unudulmaz səfərdən sonra dilbər İsmayıllımız tarixinə yazılan şərəfli səhifələrlə bu gözəl “sabah”ları yaşayır.
…Yaşadığın yerin Vətən olması üçün o yerin torpaq sevən vətəndaşı olmalısan. Torpağı sevməlisən ki, oranı yurd – Vətən edəsən. Sevilməyən yer Vətən ola bilməz. Başlıcası, insanı idarə edən demokratik, azad bir idarəçilik sistemi olmalıdır ki, vətəndaş Vətənində, torpağında rahat, əmin yaşaya bilsin, “bu Vətən mənimdir” deyə bilsin! Bu gün, çox şükür ki, torpağımız da var, o torpağı Vətən edən vətəndaşımız da, bu vətəndaşı idarə edən demokratik bir sistemimiz də! Və bu sistemin sükanını əlində möhkəm saxlayan, Ümummilli liderin əmanət qoyub getdiyi müstəqillik və demokratiya yolu ilə xalqını inamla irəliyə aparan PREZİDENTİMİZ də!
Çox şükür!