Əlil vətəndaşlarımız cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqəsidir. Bu səbəbdən, onlara diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir. Əlillərin sosial vəziyyətinin və maddi durumunun yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamasını təmin etməkdən ötrü dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. İsmayıllıda da əlillərə yüksək səviyyədə qayğı göstərilir, onların problemlərinin həll edilməsinə xüsusi həssaslıqla yanaşılır. Əlillərin evlərinə ziyarət edilməsi, onlara sovqatların aparılması İsmayıllıda artıq ənənə halını alıb. İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 50-dən çox əlil evlərinə ziyarət olunub. İsmayıllı şəhər 1, 2, 5 nömrəli tam orta məktəblərin, 2 və 3 nömrəli körpələr evi-uşaq bağçalarının kollektivləri də əlillərin ziyarət edilməsi təşəbbüsünə qoşulublar.
Cəmiyyətin bərabərhüquqlu üzvləri

Sonra Beynəlxalq Əlillər Günü münasibəti ilə “Qala” şadlıq sarayında tədbir keçirilib. Tədbir öncəsi yaradıcılıq imkanları ilə seçilən əlillərin əl işlərindən, rəsm nümunələrindən ibarət satış-sərgisi təşkil edilib. Xeyirxah insanlar satış-sərgidən əl işləri, yaradıcılıq nümunələri almaqla yaradıcı əlillərə maddi dəstək göstəriblər.
Tədbirin aparıcıları çıxışlarında bildiriblər ki, Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 Dekabr – Beynəlxalq Əlillər Günü ümummilli liderimiz Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunmağa başlanıb.
Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəmiyyətimizdə insan amilinə diqqəti, bütün təbəqələrin üzvlərinə, o cümlədən əlil vətəndaşlara olan qayğısı göz önündədir. Prezidentin sərəncamları ilə mütəmadi olaraq müxtəlif kateqoriyalardan olan əlillərin müavinətlərinin artırılmasını qeyd edən İcra başçısı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın səyləri nəticəsində bir çox əlillərin mənzil şəraitinin yaxşılaşdırılmasını diqqətə çatdırıb.
İsmayıllı Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri ictimai birliyi İsmayıllı rayon şıbəsinin sədri Vidadi Zərbiyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İsmayıllı rayon şöbəsinin direktoru Çingiz Əliyev, Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı Rayon Şöbəsinin müdiri Kamran Murad ov, İsmayıllı Elektrik Şəbəkəsinin rəisi Əliağa Bədəlov, Su-Kanal İdarəsinin rəisi Ağasəf Salmanov, Müharibə, Əmək və Hərbi Qulluqçular Veteranları Şurasının İsmayıllı şöbəsinin sədri Abduləli Əliyev, Azərbaycan Respublikası Çernobıl Əlilləri İttifaqı İctimai Birliyi İsmayıllı rayon filialının sədri Məleykə Lətifova çıxış edərək əlillərə dövlət qayğısından, İsmayıllıda yaşayan əlillərin sosial problemlərinin həllinə göstərilən diqqətdən danışıblar.
Tərəqqi medallı el nəğməkarı Sahibə Abdullayeva, müğənnilər Rövşən Teyyubov, İntiqam İbrahimovun ifaları, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələrinin oxuduqları şeirlər, göstərdikləri rəqslər, İsmayıllı Uşaq İncəsənət Məktəbinin rəqs qrupunun, 2 nömrəli körpələr evi uşaq bağçasının balaca fidanlarının rəqsləri və şeirləri tədbirə rəng qatıb.
Çinarə Bəhərçinli,
Şahməmməd Dağlaroğlu