İsmayıllının kəndlərində tikinti-quruculuq işləri davam edir. Talıstan kəndində yollara asfalt örtüyü döşənib. Yeni su təchizatı və kanalizasiya sistemi qurulur. Körpələr evi təmir olunur. Talıstan kəndində 3 kilometr uzunluğunda yola yeni asfalt örtüyü çəkilib.Yolun hər iki tərəfində piyadalar üçün səkilər salınıb, keçidlər qoyulub. Yolun işıqlandırılması sistemi müasir standartlara uyğun qurulub. Kəndin mavi yanacaqla fasiləsiz təmini üçün xətlər təmir olunub.
Kəndlərimiz abadlaşır

Talıstan kəndinin su təchizatı və kanalizasiya sistemlərinin qurulması layihəsi də davam etdirilir. Layihəyə əsasən, içməli su anbarları və sutəmizləyici kompleksin tikilməsi nəzərdə tutulur. Artıq uzunluğu 16 kilometr olan müxtəlif diametrli paylayıcı su və 10 kilometr kanalizasiya şəbəkəsinin tikintisinə başlanıb. Tikinti zamanı avtomobillərin, əhalinin hərəkətinin təhlükəsizliyinin təmin olunması üçün tədbirlər həyata keçirilir. Əhalinin 2031-ci ilə qədər artımına uyğun normalarla hesablanan bu layihənin həyata keçirilməsi ilə kənd əhalisi ən yüksək standartlara cavab verən ekoloji təmiz içməli su ilə təmin olunacaq.
Kəndin mərkəzində 60 yerlik körpələr evinin təmirinə də başlanıb. Burada müxtəlif yaş qrupundan olan körpələrin gün ərzində dincəlməsi və əylənməsi üçün bütün imkanlar yaradılacaq. Bağçada müasir tələblərə cavab verən istilik sistemi qurulur. Bundan başqa, kənddə əhalinin işlə təmin olunması məqsədilə İsmayıllı Tikiş fabrikinin yeni filialı açılıb.
Nizami Hüseynov,
kəndin sakini