Noyabr ayının 13-də İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə Beynəlxalq Tolerantlıq günü münasibətilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova qonaqları və iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətini vurğulayıb. O bildirib ki, Azərbaycan dünyada tolerant ölkə kimi tanınır.

Vətənimlə fəxr edirəmVətənimlə fəxr edirəm

Vətənimlə fəxr edirəm

AMEA Şərqşünaslıq institutunun böyük elmi işçisi Ceyhun Məmmədov Azərbaycanda hökm sürən tolerantlıq və multikulturalizm mühiti haqqında danışıb. O diqqətə çatdırıb ki, ölkəmizin müasir tarixinin böyük bir hissəsi dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyevin adı, əvəzsiz xidmətləri ilə bağlıdır. Ulu öndər bütün həyatını doğma xalqına, vətəninin tərəqqisinə sərf edib. Xalqımızın böyük oğlunun daxili və xarici siyasəti bu gün milli dövlətçiliyimizin, müstəqilliyimizin, mənəvi dəyərlərimizin və tolerant ölkə olmağımızın qarantıdır. “Ümummilli lider deyirdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Ulu öndərin bu müdrik kəlamı əslində Azərbaycana, xalqımıza və milli mənəvi dəyərlərimizə verilən çox yüksək qiymətdir. Bu gün Ulu öndərin siyasi kursu prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqil dövlətimiz daha da inkişaf edib, dünyada mövqelərini möhkəmləndirib.
Bakı Slavyan Universitetinin dosenti İrina Kunina “Qafqazda multikulturalizm – Azərbaycan modeli” haqqında çıxış edib.
İsmayıllı RİH-nin əməkdaşı Valeh Salehov, RİH başçısının Mollaisaqlı İƏD-i üzrə nümayəndəsi Həşim Həşimov, Sumağallı İƏD-i üzrə nümayəndənin müavini İlkin Salahov, İvanovka İƏD-i üzrə nümayəndəsi Olqa Jabina, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Şimal-Qərb bölgəsi üzrə şöbənin aparıcı məsləhətçisi Rəhim Rəhimli, RTŞ-nın əməkdaşı Rəşid Məmmədov və digərləri çıxışlarda milli mənəvi dəyərlərimiz, Azərbaycanın bütün dünyada tolerant ölkə olması ilə bağlı maraqlı fikirlər səsləndirib, Azərbaycan vətəndaşı olmaları ilə fəxr etdiklərini bildiriblər.
Çıxışlarda Azərbaycanda bu gün mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasətindən, tolerantlıq və multikulturalizm sahəsində əsrlərdən bəri toplanan böyük təcrübədən, qazanılan unikal nailiyyətlərdən ətraflı danışılıb. Qeyd olunub ki, bu gün Azərbaycan tarixən müxtəlif xalqların, millətlərin və din mənsublarının birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu bir məkandır. Vurğulanıb ki, tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. Tədbir müzakirələr şəklində davam edib.
“İsmayıllı xəbərləri”

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir