Oktyabrın 30-da İsmayıllı rayonunda “Regionlarda gender problemləri və onların həlli yolları” mövzusunda seminar keçirildi. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək təşkilatçılara belə bir aktual mövzuda seminar keçirdikləri üçün təşəkkürünü bildirdi, seminarın işinə uğurlar arzuladı.
ATİAHİ Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov çıxışında qeyd etdi ki, BMT-nin “Qadınların sosial hüquqları”, “Uşaqların hüquqları”, “Qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi” və s. kimi konvensiyalarına qoşulmuş Azərbaycanda da gender məsələlərinə həssaslıqla yanaşılır, gender problemlərinin aradan qaldırılması ilə bağlı addımlar atılır. Lakin buna baxmayaraq, problemlər öz mövcudluğunu saxlayır. Belə ki, təkcə 2013-cü ildə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün sənəd verən abituriyentlərin 51,35 faizini oğlanlar, 48,65 faizini qızlar təşkil edib. Bir sıra rayonlar üzrə isə bu fərq daha yüksək olub. Xüsusən cənub rayonlarında orta məktəbi bitirən qızların sayında böyük azalma müşahidə olunur. Bu da onu deməyə əsas verir ki, bu rayonlarda qızlar erkən təhsildən yayınır. Bununla da gender balansı pozulur.
Gender problemləri və həlli yolları

Sədr müavini bildirdi ki, belə vəziyyətin yaranmasına səbəb olan amillərdən biri ailələrin məlumatsızlığıdır. Ş.Əsgərov bildirdi ki, problemin aradan qaldırılması üçün kompleks addımlar atılmalıdır: “Bu problemlə yalnız Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və ya hər hansı nazirlik məşğul olmalı deyil. Hesab edirəm ki, bir çox dövlət strukturları gender problemlərinin aradan qaldırılmasına səy göstərməlidir”.
Ş.Əsgərov əlavə etdi ki, ATİAHİ-nin rayon komitələri də öz növbəsində bu istiqamətdə tədbirlər görməli, kənd yerlərində ilk təşkilatların iştirakı ilə maarifləndirici seminarlar təşkil etməlidir.
Sonra Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin müdiri Məlahət Hacıyeva çıxış edərək təhsil sahəsində gender bərabərliyinin təmin edilməsi ilə bağlı aparılan işdən danışdı. Bildirdi ki, ümumiyyətlə, Azərbaycan gender məsələləri ilə bağlı ən mükəmməl qanunvericiliyə malik olan bir respublikadır. 2000-ci ilin iyun ayında Nazirlər Kabineti “Azərbaycan Respublikasında Qadın Məsələləri üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul edib, 2006-cı ilin dekabrında Milli Məclis tərəfindən “Gender bərabərliyinin təminatları” haqqında qanun qəbul olunub. Onun sözlərinə görə, Azərbaycan təhsil sahəsində gender bərabərliyini təmin etmiş ölkələrdəndir.
Daha sonra tədbirdə Gender Araşdırmalar Mərkəzinin direktoru Diana Cəfərova və direktor müavini Solmaz Gözəlova “Regionlarda gender problemləri və onların həlli yolları” mövzusunda məruzə etdilər.
Məruzələr əsasında sonda diskussiya getdi, suallara cavab verildi.
İsmayıllı RİH-nin əməkdaşı Valeh Salehov, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, ATİAHİ-nin rayon komitəsinin sədri Hafiz Kərimov və başqaları müzakirələrdə fəal iştirak etdilər.
“İsmayıllı xəbərləri”