Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin memarı və yaradıcısıdır. Onun ideyaları bugünkü möhtəşəm uğurlarımızın hərəkətverici qüvvəsidir.
YAP İsmayıllı rayon təşkilatı 18 Oktyabr – Azərbaycanın Müstəqillik Günü münasibətilə İsmayıllı Peşə Tədrisi Mərkəzi və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci ilk təşkilatları ilə birgə dəyirmi masa keçirib.
Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin memarı və yaradıcısıdır. Onun ideyaları bugünkü möhtəşəm uğurlarımızın hərəkətverici qüvvəsidir.
YAP İsmayıllı rayon təşkilatı 18 Oktyabr – Azərbaycanın Müstəqillik Günü münasibətilə İsmayıllı Peşə Tədrisi Mərkəzi və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci ilk təşkilatları ilə birgə dəyirmi masa keçirib.
Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Zaur Muradov açıb. O, 18 oktyabrın Azərbaycan tarixində parlaq bir səhifə olduğunu, məhz bu gündən qüdrətli Azərbaycanın müstəqillik yolunda ilk addımlarını atmağa başladığını qeyd edib.
Tədbirdə geniş nitq söyləyən YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova qeyd edib ki, Azərbaycan Ali Soveti ümummilli lider Heydər Əliyevin cəsarətlə başladığı müstəqillik mübarizəsinə təxminən 10 ay sonra hüquqi müstəvidə münasibət bildirdi. Belə ki, 1991-ci il avqustun 30-da ali qanunverici orqanın xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında bəyannamə qəbul edildi. Azərbaycan Respublikası Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edildi.
Ə.Vahabova xalqın istək və arzusu ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi siyasətdən, Azərbaycanın müstəqil dövlət kimi dünya birliyi sıralarına öz adını yazmasını təmin etməsindən danışıb.
Tədbirdə çıxış edən partiya fəalları Yusif Rzayev, Orxan Yusifov, İlham Cərullayev, Sevda Qasımova və başqaları ulu öndər Heydər Əliyevin memarı olduğu Azərbaycanın dövlət müstəqilliyi onun layiqli davamçısı prezident İlham Əliyevin yorulmaz fəaliyyətindən, onun praqmatik liderlik keyfiyyətləri sayəsində son on il ərzində daha da möhkəmlənməsindən, güclənmiş, xalqımızın, müstəqil dövlətimizin keşiyində mərdliklə dayanan güclü ordumuz formalaşmasından danışıblar. Çıxışlarda respublikamızda həyatin müsbətə doğru dəyişdiyi, insanların rifah halının yaxşılaşdığı, yeni-yeni sosial layihələrin həyata keçirildiyi söhbətin mövzusu olub.
Aydın görünən inkişaf müstəqil Azərbaycanın getdikcə artan iqtisadi qüdrətindən xəbər verir. Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir. Müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişafına əlimizdən gələn köməyi göstərmək hər birimizin müqəddəs borcudur.
Ramid Qasımov,
YAP İsmayıllı rayon təşkilatının mətbuat rəhbəri