18 oktyabr 2014-cü il tarixdə İsmayıllıda “Təmiz şəhərdə yaşa” devizi altında təmizlik işlərinə başlanıb. “Gələcək öz əlimizdədir” layihəsi çərçivəsində həyata keçirilən bu aksiya bütün rayon ərazisini əhatə edir. İcra Hakimiyyətinin təşəbbüsü ilə baş tutan aksiyada ictimaiyyət nümayəndələri, könüllü gənclər küçələrdə təmizlik işləri aparıblar. Ərazidən tullantılar yığılıb, ağaclar budanıb, texnikanın köməyi ilə su kanalları lildən təmizlənib.
Təmizlik işləri
18 oktyabr 2014-cü il tarixdə İsmayıllıda “Təmiz şəhərdə yaşa” devizi altında təmizlik işlərinə başlanıb. “Gələcək öz əlimizdədir” layihəsi çərçivəsində həyata keçirilən bu aksiya bütün rayon ərazisini əhatə edir. İcra Hakimiyyətinin təşəbbüsü ilə baş tutan aksiyada ictimaiyyət nümayəndələri, könüllü gənclər küçələrdə təmizlik işləri aparıblar. Ərazidən tullantılar yığılıb, ağaclar budanıb, texnikanın köməyi ilə su kanalları lildən təmizlənib. Könüllülər tərəfindən insanlara layihənin mahiyyətini əks etdirən maarifləndirici vərəqələr paylanıb. Aksiyada məqsəd rayon ictimaiyyətini təmizliyin qorunmasına cəlb etmək, abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirməkdən ibarət olub. Aksiya mütəmadi şəkildə davam etdirilir.
“İsmayıllı xəbərləri”