22 oktyabr 2014-cü il tarixdə İsmayıllı Uşaq Kitabxanasında kitabxanaya yeni daxil olan ingilis dilindəki kitabların sərgisi və biblioqrafik icmalı təşkil edilib.
Sərgidə İsmayıllı MKS-in əməkdaşları, məktəblilər və kitabxananın fəal oxucuları iştirak edib.
İngilis dilindəki kitabların sərgisi
22 oktyabr 2014-cü il tarixdə İsmayıllı Uşaq Kitabxanasında kitabxanaya yeni daxil olan ingilis dilindəki kitabların sərgisi və biblioqrafik icmalı təşkil edilib.
Sərgidə İsmayıllı MKS-in əməkdaşları, məktəblilər və kitabxananın fəal oxucuları iştirak edib. ![]()
Sərgiyə baxışdan öncə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan İsmayıllı Uşaq Kitabxanasının müdiri Rəna Süleymanova kitabın və kitabxananın bütün ziyalı təbəqələr, şagirdlər və ictimaiyyət üçün müsbət rolundan danışıb. ![]()
İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Əzizə Məsimova yeni kitablar haqqında ətraflı məlumat verib.
Kitabxananın fəal oxucuları sərginin əhəmiyyətini vurğulayıblar.
“İsmayıllı xəbərləri”
