Muğanlı-İsmayıllı avtomobil yolunun 33-cü kilometrliyində yerləşən körpü təmir işləri başa çatdığından nəqliyyat vasitələrinin hərəkəti üçün istifadəyə verilib.
Bu barədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.Nəqliyyat vasitələrinin hərəkətinə icazə verildi
Muğanlı-İsmayıllı avtomobil yolunun 33-cü kilometrliyində yerləşən körpü təmir işləri başa çatdığından nəqliyyat vasitələrinin hərəkəti üçün istifadəyə verilib.
Bu barədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
P.Mürsəliyev bildirib ki, uzunluğu 6 metr, eni 8,5 metr olan bir aşırımlı körpüdə nəqliyyat vasitələrinin hərəkətinə qoyulan tam məhdudiyyət aradan qaldırılıb.
“Azəryolservis” rəsmisinin sözlərinə görə, sözügedən körpü 1979-cu ildə inşa olunub. Təmirdən öncə körpünün uzunluğu 2,3 metr, eni isə 9 metr olub.
“Bir aşırımlı körpü ağır təbiət hadisələrinin təsirindən, eyni zamanda dayaqlarında yuyulma və dayağın betonunda aşınma-dağılma olduğundan yararsız vəziyyətə düşmüşdü. İyun ayının sonunda körpü yararsız vəziyyətdə olduğundan nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanmışdı və sürücülərə alternativ yol təklif olunmuşdu”, – deyə o bildirib.
“İsmayıllı xəbərləri