2014-cü il sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İlboyu bilik” layihəsi çərçivəsində “İlk dərs” proqramına əsasən respublikanın şəhər rayon, qəsəbə və kənd orta məktəblərində “Azərbaycan bu gün və sabah” mövzusunda ilk dərs keçirilib.
Həmin layihəyə əsasən Bakı şəhəri üzrə Multimedia bölməsinin müdiri, uşaq yazıçısı, Avropa Təbiət Elmləri Akademiyasının akademiki Solmaz Amanova yeni tədris ilinin ilk günündə İsmayıllı şəhər 5 saylı tam orta məktəbinin 10 A sinfində adı çəkilən mövzu ilə bağlı məktəblilər qarşısında çıxış edib.
Akademik 5 nömrəli məktəbin qonağı olub

Dərsin keçirilməsində məqsəd Azərbaycanın milli dövlətçilik quruculuğunda ulu öndər Heydər Əliyevin siyasətini, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətini, məktəblərdə elektron kitabxanaların yaradılması və istifadəsi problemlərini, açıqlamaq, eləcə də təhsilə aid əlavə köməkçi materiallar barədə məlumatları şagirdlərə çatdırmaq olub.
Dərs qurtardıqdan sonra S.Amanova məktəbin müəllim kollektivi və rayon ziyalıları ilə görüş keçirib. Sonda Solmaz Amanova yeniləşən İsmayıllı ilə bağlı təəssüratlarını İcra Hakimiyyəti başçısının müavinləri Rövşən Ağayev və Sevil Əhmədova ilə bölüşüb. Bilik Fondunun bukletlərini və məruzənin elektron variantını İcra Hakimiyyətinə təqdim edib.
İsmayıllı rayonunun Qalagah kəndində 1893-cü ildə tapılan, e.ə. 2-ci əsrə aid olan, hazırda Sankt-Peterburqun Ermitaj muzeyində saxlanılan “Nereida hippokampda” gümüş nimçəsi haqqında S.Amanova yazdığı: ”İnsan iz qoyur”, ”Xanəgah əczaxanası”, ”İRS” elektron kitablarını rayonun mərkəzi kitabxanasına hədiyyə edib.
“İsmayıllı xəbərləri”