Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2014-cü il vahid idman təqvim planına əsasən 4 gün, 26-30 avqust tarixlərində İsmayıllı rayon Olimpiya-İdman Kompleksində Yeniyetmələrin IX Respublika oyunlarının proqramına daxil olan həndbol üzrə 1999-cu il və daha kiçik yaşlı qızlar arasında final yarışına start verilib.
İdman gündən-günə inkişaf edir

Yarışın 26 avqust tarixində açılışı oldu. Acilişda İsmayıllı rayon Gənclər İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edərək cənab prezident İlham Əliyevin idmana diqqət və qayğısından danışdı, İcra Hakimiyyətinin əməkdaşı Rövşən Yəhyayev rayon İcra Hakimiyyəti başçısı Mirdamət Sadıqovun salamlarını qonaqlara çatdırdı və bildirdi ki, ölkədə olduğu kimi, İsmayıllıda da idman gündən-günə inkişaf edir və yüksək nəticlər əldə olunur. Gənclər və İdman Nazirliyinin əməkdaşı Nicat Həsənov da Nazirlik adından qonaqları salamladı və yarış iştirakçılarına uğurlar arzuladı.
Kiçik konsertdən sonra yarış başlandı. Final yarışında Bakı şəhərindən 2, Mingəcevir, Gəncə Şirvan və İsmayıllı komandaları iştirak edirlər.
Ş.Ramazanqızı