“Böyük mərc” İsmayıllı şəhərinin Aşağıbaş ərazisində məhəllələrdən birinin adıdır. Bu məhəllənin ümumi sahəsi 25 hektardır. Məhəllədə 150-yə yaxın həyətyanı torpaq sahəsi var. Bu sahələrdən təxminən 55-də fərdi evlər tikilib, 40-da artıq yaşayış var.
Məhəllənin son illər yarandığına diqqət yetirdikdə burada xeyli sosial problemin mövcudluğu heç də təəccüblü görünməz.
Qəbullar, görüşlər:
Problem də var, həllinə inam da
“Böyük mərc” İsmayıllı şəhərinin Aşağıbaş ərazisində məhəllələrdən birinin adıdır. Bu məhəllənin ümumi sahəsi 25 hektardır. Məhəllədə 150-yə yaxın həyətyanı torpaq sahəsi var. Bu sahələrdən təxminən 55-də fərdi evlər tikilib, 40-da artıq yaşayış var.
Məhəllənin son illər yarandığına diqqət yetirdikdə burada xeyli sosial problemin mövcudluğu heç də təəccüblü görünməz.
Mirdaməd Sadıqov İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı təyin olunduqdan sonra şəhərin bir sıra sosial problemlərinin həllinə gündəlik diqqət yetirlir. Avqust ayının 4-də RİH başçısı ilə sakinlərin görüşü də məhz bu məqsədə xidmət edirdi.
Görüş zamanı söhbətdən məlum oldu ki, məhəllənin təbii qazla təminatı yekunlaşdırılmaq üzrədir.
Ərazidə 2400 metr uzunluğunda qurulan su-kanalizasiya şəbəkəsi istifadəyə verilməyib. Bu işin icrası zamanı aparılan qazıntı işlərindən sonra küçə qaydaya salınmayıb. Payız-qış aylarında küçələr keçilməz olur.
Məhəllədə elektrik dirəklərinin dəyişdirilməsinə ehtiyac var. Transformatorun aşağı gücdə olması da bir sıra çətinliklərə səbəb olur.
Görüşə gələnlər məişət tullantılarının daşınmasında mümkün köməkliyin olunmasını xahiş etdilər. Şəhər 6 nömrəli tam orta məktəbə gedən küçənin asfaltlaşdırılması və kənarlarının abadlaşdırılması, elə burada təhlükəli vəziyyət almış elektrik transformatorlarının yenisi ilə əvəzlənməsi də söhbətin mövzusu oldu. Cavad Məmmədov küçəsinin sonadək asfaltlaşdırılması da vacib hesab olundu.
Rayonun “Kökəltmə məntəqəsi” adlı ərazisində məskunlaşmış məcburi köçkünlər yaşayış məntəqəsini şəhərlə birləşdirən yolun asfaltlanması, buradakı evlərə mavi yanacağın verilməsi məsələsinə toxundular.
RİH başçısı həyətyanı torpaq sahələrində faydalı əməklə məşğul olmaq, ərzaq bolluğu yaradılmasında hamının iştirakının əhəmiyyətindən danışdı.
Məlum oldu ki, əkiləcək bostanların suvarılması mümkün deyil. Buna səbəb isə yolkənarı həyətlərdə çəpərlərin, hasarların yolun hərəkət hissəsinə olduqca yaxın olmasıdır.
Tədbirdə problem kimi qaldırılan məsələlərin hər biri ilə bağlı aidiyyəti xidmət idarəsinin rəhbərlərinə tapşırıqlar verildi.
Görüşə RİH başçısı M.Sadıqova minnətdarlıq edən şəhər sakinləri məhəllədəki çatışmazlıqların tezliklə aradan qaldırılacağına ümidvar olduqlarını bildirdilər, göstərilən diqqət və qayğı üçün ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıq ifadə etdilər.
Çayqovuşan
30 iyul 2014-cü il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Çayqovuşan kəndində sakinləri qəbul edib.
Qəbul zamanı kənd sakinləri rayonda gedən tikinti-abadlıq işlərindən razı qaldıqlarını söyləyiblər. Bununla bərabər, kəndin mövcud problemlərini də diqqətə çatdırıblar.
Kəndin inkişafından danışan Yaşar Sadıqov burada ibtidai məktəbin açılmasına ehtiyac olduğunu deyib. Qərib Fərəcov əsas problemin kənd körpüsündə tamamlanma işlərinin başa çatdırılmamasında olmasını qeyd edib.
Səmimi söhbət zamanı ərazinin təmiz saxlanması, faydalı əməklə məşğulluq, yetişən nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması məsələlərinə də toxunulub.
Sumağallı
Həmin gün Sumağallı kəndində də qəbul keçirilib.
Kənd sakini Hüseyn Xəlilov ölkədə gedən inkişafdan, bu inkişafın İsmayıllıda təzahüründən, hətta kəndlərin belə yeni görkəm almasından danışıb, hazırda İsmayıllıda həyata keçirilən işləri prezident İlham Əliyevin rayona göstərdiyi diqqət və qayğının nəticəsi kimi qiymətləndirib.
Qəbula gələnlər Sumağallı kəndində yeni məktəb binasının tikilməsinə, kənd məscidinin Dövlət qeydiyyatına alınması və fəaliyyətinin bərpasına, kənd ərazisində tikilən yeni evlərin qeydiyyata alınmasına, sahibkarlara güzəştli kreditlərin verilməsi və heyvandarlıqla məşğul olanlara yay otlaq sahələrinin ayrılmasına, internet şəbəkəsinin qoşulmasına, kənd qəbiristanlığına gedən yolda çayın üzərində körpünün qoyulmasına köməklik göstərilməsini xahiş ediblər.
Kənddə təhsil, səhiyyə, digər sosial sahələrdəki çatışmazlıqlar, eyni zamanda, kənd sakinlərinin şəxsi problemləri dinlənilib. Qaldırılan məsələlərlə bağlı aidiyyəti idarə və müəssisə rəhbərlərinə tapşırıqlar verilib.
“İsmayıllı xəbərləri”