Uzun illər mətbuatla sıx əlaqədə çalışmışam və bilirəm ki, bu sahə nə qədər çətindir. Qəzetin və onun əməkdaşlarının nə qədər dərd-sərləri olması mənə yaxşı tanışdır. Bu çətinliklərin öhdəsindən gəlmək əməkdaşların öz üzərlərinə düşür. Kəpənək ömrü olan qəzetin hər nömrəsinə nə qədər əmək sərf edildiyini, əziyyət çəkildiyini yalnız bu sahədə çalışanlar daha yaxşı başa düşə bilərlər. Sevilən, oxunan qəzet
Uzun illər mətbuatla sıx əlaqədə çalışmışam və bilirəm ki, bu sahə nə qədər çətindir. Qəzetin və onun əməkdaşlarının nə qədər dərd-sərləri olması mənə yaxşı tanışdır. Bu çətinliklərin öhdəsindən gəlmək əməkdaşların öz üzərlərinə düşür. Kəpənək ömrü olan qəzetin hər nömrəsinə nə qədər əmək sərf edildiyini, əziyyət çəkildiyini yalnız bu sahədə çalışanlar daha yaxşı başa düşə bilərlər.
Milli Mətbuat günü münasibətilə bu çətin və şərəfli peşə sahibləri olan bütün əməkdaşlarınızı, ictimai müxbirləri, rayonun bütün ictimaiyyətini bir qocaman yazar kimi, ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, ən ülvi, ən xeyirli arzularımı bildirirəm.
İlk nömrəsi 1934-cü ildə çıxan iki səhifədən ibarət olan “Yeni İsmayıllı” qəzetinin ənənələrini davam etdirən “İsmayıllı xəbərləri” bu uzun illər ərzində çap texnikası, jurnalist peşəkarlığı, estetik görkəmi cəhətdən ölçüyəgəlməz təkamül prosesi keçmişdir. Onun ən böyük nailiyyəti isə vətəndaş və insan hüquqlarının azad və müstəqil ölkəmizə layiq şəkildə işıqlandırmasıdır. Bu qəzeti ələ alan hər bir oxucu onu sevir və ürəkdən ona bağlanır.
Mübaliğəsiz deyə bilərəm ki, “İsmayıllı xəbərləri” qəzeti mətbuat qarşısında qoyulan vəzifələri tam dolğunluğu ilə, həm də yüksək jurnalist peşəkarlığı ilə yerinə yetirir və respublikamızda nəşr edilən qəzetlərin əksəriyyəti ilə rəqabətə girə bilər.
Ömrünüz uzun, canınız sağlam, qəlminiz iti olsun!
Hörmətlə:
Miryavər Hüseynov
