İyul ayının 11-də İsmayıllı Peşə Tədris Mərkəzində Azərbaycan Gənclər fondunun maliyyə dəstəyi, İsmayıllı RİH-nin təşkilatçılığı ilə Gənclərin İnkişaf Mərkəzi tərəfindən “Ailə dəyərlərinin qorunması” layihəsi çərçivəsində təlim keçirilib.
Təlimdə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşları, Peşə Tədris Mərkəzinin şagirdləri, İsmayıllı Dövlət, Humanitar və Texnologiya Kollecinin tələbələri, eləcə də bir sıra təşkilatların nümayəndələri iştirak edib.
Ailə dəyərlərinin qorunması

Çıxış edənlər ailənin xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu kimi, milli inkişafımızda mühüm rolu olduğunu bildiriblər.
Təlimçi Günay Əlibəyli ailədaxili münasibətlərin əsasını təşkil edən, sosial-bioloji, iqtisadi-təsərrüfat, hüquqi, mənəvi, psixoloji, estetik münasibətlərdən, ailələrin modernləşdirilməsi, ailə institutu, ailə hüququ, eləcə də nikah və boşanmalardan, nikah müqaviləsinin bağlanmasından danışıb.
Ailə-hüquq münasibətləri, hüquqi münasibətlərin subyektləri, valideynlərin və uşaqların hüquq və vəzifələri, hüquqi dövlətdə ailə institutu haqqında məlumat verilib, ailə institutunun zəifləməsinin, ailənin dağılmasının səbəbləri müzakirə edilib.
Sonda təlim iştirakçılarına bilgi vərəqələri paylanıb.
“İsmayıllı xəbərləri”