İsmayıllı şəhərinin “Niyal” küçəsində yaşayıram. 20 ildir ki, ailəmiz susuzluqdan əziyyət çəkirdi. Əlaqədar təşkilatlara etdiyim müraciətlər nədənsə, nəticəsiz qalırdı. Nəhayət, bir neçə gün əvvəl su problemimiz həllini tapdı. Suyun həyat olmasını indi tam gerçəkliyi ilə duyuruq. Məişətimizə daxil olan rahatlıq ailəmizin bütün üzvlərini sevindirir. Müqəddəs Ramazan ayında bunu, ailəmizə göstərilən qayğı və diqqət kimi qəbul edirik. Sən demə, məmurlar azacıq diqqətli olmaları ilə vətəndaşlara həmişə xoş əhval-ruhiyyə bəxş edə bilərlər. Minnətdarlıq

İsmayıllı şəhərinin “Niyal” küçəsində yaşayıram. 20 ildir ki, ailəmiz susuzluqdan əziyyət çəkirdi. Əlaqədar təşkilatlara etdiyim müraciətlər nədənsə, nəticəsiz qalırdı. Nəhayət, bir neçə gün əvvəl su problemimiz həllini tapdı. Suyun həyat olmasını indi tam gerçəkliyi ilə duyuruq. Məişətimizə daxil olan rahatlıq ailəmizin bütün üzvlərini sevindirir. Müqəddəs Ramazan ayında bunu, ailəmizə göstərilən qayğı və diqqət kimi qəbul edirik. Sən demə, məmurlar azacıq diqqətli olmaları ilə vətəndaşlara həmişə xoş əhval-ruhiyyə bəxş edə bilərlər.
Uzun illərin əzabından sonra qazandığımız bu sevincə görə İsmayıllı Su-Kanal İdarəsinin suyun çəkilişində zəhməti olan işçilərinə, idarənin rəisi Ağasəf Salmanova ailəmizin üzvləri adından minnətdarlıq edirəm.
Sevil Abdullayeva,
şəhər sakini

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir