Sən gedəli bu dərdəsər dünyanın,
Köhləni yox, dəvəsi yox, nəri yox.
Tülkü artıb, çaqqal basıb dörd yanı,
Meydanı çox, meymunu çox, şiri yox.

Sən gedəliSən gedəli
Sən gedəli
Sən gedəli bu dərdəsər dünyanın,
Köhləni yox, dəvəsi yox, nəri yox.
Tülkü artıb, çaqqal basıb dörd yanı,
Meydanı çox, meymunu çox, şiri yox.

Yaşıdların biri əkin-biçində,
Biri gəzir eyş-işrətin içində.
Biz köç etdik durnaların köçündə,
Durnaların bir əbədi yeri yox.

Dağ başında duman vardı, yeridi
Dağ döşündə qar qalmışdı, əridi.
Xatirədə hamı sağdı, diridi,
Xatirəsiz “biri varmış, biri yox”.

Ruzgar kimi zaman bizi apardı,
Tər çiçəyi budağından qopardı.
Bu dağlara vaxtsız yağan nə qardı?
Köhnə dağın təzə dərdi-səri yox.

Düşmənləri atdan salan qayalar,
Kərpic-kərpic talan olan qalalar.
Yurd qorumaz bu hünərsiz darğalar,
Təpərlisi, inadkarı, kürü yox.

Bu yol bizi hara çəkdi, bilmədim,
Sağım, solum yüz kələkdi, bilmədim.
Bu toxumu kimlər əkdi, bilmədim,
Adamların cırı çoxdu, piri yox.

Çin yuxular çalın-çarpaz yozulur,
Bəxt yazısı fərman ilə yazılır.
Fələyin də çarxı yenə pozulur,
Sola gedir, sağa çəkən pəri yox.


İsmayıl Vəli
şair, professor

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir