Heydər Əliyevin hakimiyyətə qayıtması ilə Azərbaycan dövləti böyük bəlalardan xilas oldu. Azərbaycanın parçalanma qorxusu aradan qalxdı. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir. Qurtuluş deməkdir!
Heydər Əliyevin ölkəmizin rəhbərliyinə qayıdışı ilə respublikamızın idarəçiliyi uzaqgörən dövlət adamının əlinə keçdi. Beləliklə, xalqımızın tarixində yeni bir dövr başlandı. Bu dövrün başlanğıcı – 1993-cü ilin 15 İyun günü, tariximizə Qurtuluş Günü kimi daxil oldu.
Həmin gün ölkənin hər yerində bayram edilir. Azərbaycanın dilbər guşəsi olan İsmayıllı rayonunda elin şən günləri hər zaman yüksək səviyyədə qeyd edilir. Xalqımızın azadlıq tarixinə Qurtuluş Günü kimi daxil olan bu bayram da həmçinin.
İsmayıllı səmasında atəşfəşanlıq

Heydər Əliyevin hakimiyyətə qayıtması ilə Azərbaycan dövləti böyük bəlalardan xilas oldu. Azərbaycanın parçalanma qorxusu aradan qalxdı. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir. Qurtuluş deməkdir!
Heydər Əliyevin ölkəmizin rəhbərliyinə qayıdışı ilə respublikamızın idarəçiliyi uzaqgörən dövlət adamının əlinə keçdi. Beləliklə, xalqımızın tarixində yeni bir dövr başlandı. Bu dövrün başlanğıcı – 1993-cü ilin 15 İyun günü, tariximizə Qurtuluş Günü kimi daxil oldu.
Həmin gün ölkənin hər yerində bayram edilir. Azərbaycanın dilbər guşəsi olan İsmayıllı rayonunda elin şən günləri hər zaman yüksək səviyyədə qeyd edilir. Xalqımızın azadlıq tarixinə Qurtuluş Günü kimi daxil olan bu bayram da həmçinin.

İsmayıllı səmasında atəşfəşanlıq
İyun ayının 14-də İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev adına İsmayıllı Mədəniyyət Sarayının qarşısında Azərbaycanın müstəqillik tarixinə şanlı səhifə kimi yazılan Milli Qurtuluş Günü münasibətilə bayram konserti təşkil edilmişdi. ”Space” televiziyasının informasiya dəstəyi ilə baş tutan konsertdə minlərlə rayon sakini, şəhərimizin qonaqları iştirak edirdi.
İlk öncə səhnəyə tədbirin aparıcısı qalxdı. O, konsertə toplaşan hər kəsi salamladı: – Əziz ismayıllılar, hörmətli qonaqlar hər birinizi salamlayıram, İsmayıllıda olmaqdan şərəf duyuram. Şəhərinizin siması tamamilə dəyişib. Bunu şəhərə daxil olarkən görmək mümkündür. Yollarınız asfaltlanıb, möhtəşəm qala divarları çəkilib, işıqlandırma sistemi yenidən qurulub.
Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıb. Ulu öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılıb, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınıb, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunub.
İsmayıllı səmasında atəşfəşanlıq
Ümummilli liderin rəhbərliyi altında aparılan son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara son qoyulub, Azərbaycanın dövlət quruculuğu prosesi uğurla aparılıb. Bunun nəticəsidir ki, müstəqillik əldə etməsindən qısa müddət keçməsinə baxmayaraq ölkəmiz iqtisadi gücünə görə dünya dövlətləri sırasında seçilir. Paytaxt Bakı ilə yanaşı, bütün bölgələr sürətlə gedən inkişaf modelinə qoşulub. Bu inkişafdan İsmayıllı da geridə qalmayıb. İnsanların həyat şəraitinin yaxşılaşdırılması, rayonun infrastrukturunun dəyişdirilməsi, insanların sosial rifah halının yaxşılaşdırılması üçün bir çox işlər həyata keçirilib. Prezident İlham Əliyevin 14 avqust 2013-cü il tarixdə İsmayıllı rayonuna etdiyi səfər zamanı bir sıra obyektlərin açılışında iştirak etməsi buna sübutdur. Ölkə rəhbəri rayona səfəri zamanı yeni avtovağzalın, İsmayıllı Tikiş Fabrikinin, “İsmayıllı -1” Su Elektrik stansiyasının, İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak edib, rəmzi qırmızı lenti kəsib. Rayonda işlər Prezidentin səfərindən sonra geniş vüsət alıb. Belə ki, Diyallı İƏD-i ərazisində velosiped zavodunun tikintisi üçün yer ayrılıb, yeni kərpic zavodu istifadəyə verilib, onlarla küçənin təmirinə başlanıb, İsmayıllı-Göytəpə-Qalınçaq-Ruşan avtomobil yolunun asfaltlaşdırılması işlərinə start verilib. Şəhərin Mican ərazisindəki bağça tikilib, Qəşəm Aslanov küçəsində müasir standartlara cavab verən uşaq bağçasının tikintisi başa çatdırılıb. Bütün bunlarla yanaşı rayonda iş adamlarına yaradılan şərait, onlara göstərilən diqqət də göz qabağındadır.
Əziz ismayıllılar, rayonunuzun inkişafı məni qəlbən sevindirir. Buraya gələrkən bir şad xəbər də aldım: İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbinin məzunu Şəhla Səmədli magistratura imtahanında respublika birincisi olub. Şəhlanı təbrik edir, ona daha böyük nailiyyətlər arzulayırıq.
İsmayıllı səmasında atəşfəşanlıq
Rayon İcra Hakimiyyəti adından Şəhla Səmədliyə qiymətli hədiyyə təqdim edildi. Ş.Səmədli öz növbəsində bütün Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibəti ilə təbrik etdi, ona göstərilən diqqətə görə RİH başçısına minnətdarlığını bildirdi.
Respublikanın tanınmış müğənniləri Mənzurə Musayeva, Samir Piriyev, Kərim Abbasov, Zarina Məmmədova, Nadir Bayramlı, Günel Məhərrəmova, Roza Zərgərli, Əməkdar artistlər Gülüstan Əliyeva, Almaz Ələsgərli, Aygün Bəylər, skripkaçı Səlim Abbasov, Xalq artistləri Məleykə Əsədova, Bilal Əliyev, meyxanaçılar Namiq Məna, İntiqam və Ehtiram Rüstəmov qardaşları, Aşıq Ulduz Quliyeva, qızı Sədaqət Ulduz, İsmayıllı Rayon Mədəniyyət Mərkəzinin “Niyal” xalq çalğı alətləri ansamblının üzvləri, rayonun sevimli müğənniləri Sahibə Abdullayeva və Rövşən Teyyubovun ifaları tamaşaçıların alqışları ilə qarşılandı.
Konsertin sonunda izləyicilər günü-gündən simasını dəyişən, yeni görkəm alan doğma rayonumuzun səmasında al-əlvan rənglərlə dalğa-dalğa yayılan bayram atəşfəşanlığını seyr etdilər.
Çinarə Bəhərçinli

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir