26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibəti ilə İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində möhtəşəm bayram tədbiri keçirilib.
Tədbirdən öncə ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət edilib, abidə önünə tər güllər düzülüb, xatirəsinə dərin ehtiram bildirilib.
Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ordumuzun şanlı tarixindən, müasir ordumuzun yaradılmasında ulu öndərin misilsiz xidmətlərindən danışıb: – İyunun 26-sı Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gün ölkəmizdə ümumxalq bayramı kimi qeyd edilir. Bu günün bayram kimi tarixləşməsinin müəllifi müasir Azərbaycan ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevdir.
Ümumxalq bayramı

RİH başçısı Tircan kəndinin yetirməsi, polkovnik Vasif Kazımovu, Prezidentin fərmanı ilə general-mayor hərbi rütbəsinə layiq görüldüyünə görə bütün ismayıllılar adından təbrik edib, ona daha böyük uğurlar arzulayıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayılı rayon şöbəsinin rəisi Xamis Bədəlov ordu quruculuğundan danışıb. O bildirib ki, ulu öndər Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin vacib istiqamətləri kimi diqqəti çəkir.
İsmayıllı rayon Müharibə, Əmək və Hərbi Qulluqçular Veteranları Şurasının sədri Abduləli Əliyev, QMƏVŞA İctimai Birliyi İsmayıllı rayon şöbəsinin sədr müavini Kamil Dadaşov, şəhər 4 nömrəli tam orta məktəbin Gənclərin çağırışaqədərki hərbi hazırlıq müəllimi Azər Şahalıyev gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi işinin əhəmiyyətini qeyd ediblər.
Orta məktəblərin hərbi fənn müəllimlərindən 16 nəfərinə qiymətli hədiyyələr verildi.
Tədbir Mərkəzin qarşısında İsmayıllı Rayon Mədəniyyət Mərkəzinin “Niyal” xalq çalğı alətləri ansamblının ifasında mahnılar səsləndirilməsi ilə başa çatıb.
Ç.Bəhərçinli