Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirinin 8 avqust 2011-ci il tarixli əmri ilə təsdiq olunmuş Tədbirlər Planının yerinə yetirilməsi, məktəblilərin intellektual və yaradıcı inkişafına təkan verilməsi, şagirdlərin intellektual fəaliyyətə daha geniş miqyasda cəlb edilməsinin və asudə vaxtlarının səmərəli təşkilinin təmin olunması məqsədilə bir sıra işlər görülmüşdür. Baş ucaldan nəticələr
Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirinin 8 avqust 2011-ci il tarixli əmri ilə təsdiq olunmuş Tədbirlər Planının yerinə yetirilməsi, məktəblilərin intellektual və yaradıcı inkişafına təkan verilməsi, şagirdlərin intellektual fəaliyyətə daha geniş miqyasda cəlb edilməsinin və asudə vaxtlarının səmərəli təşkilinin təmin olunması məqsədilə bir sıra işlər görülmüşdür.
Беля ки, районун тящсил мцяссисяляриндя тящсил алан истедадлы ушаг вя эянъляр щаггында мяктяблярдя вя РТШ- дя мцвафиг мялумат банкы йарадылмышдыр.
Истедадлы ушаг вя эянъляри мцяййян етмяк цчцн мяктяблиляр арасында инша йазы, рясм вя шеир мцсабигяляри, щямчинин айры-айры фянляр цзря билик йарышлары вя олимпиадалар кечирилмишдир.
Sevindirici haldır ki, ötən illərlə müqayisədə bu tədris ilində müəllim və şagirdlərimiz internet vasitəsi ilə keçirilən çoxsaylı beynəlxalq və respublika səviyyəli layihələrdə və müsabiqələrdə iştirak etmiş, uğurlu, baş ucaldan nəticələr qazanmışlar. Bu sahədə İsmayıllı şəhər 1, 2, 3, 5, 6 nömrəli, Lahıc qəsəbə, İvanovka, Cülyan, Vəng, Qalınçaq, Buynuz, Qalagah kənd tam orta məktəbləri daha çox fərqlənmişlər.
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin sponsurluğu və İSTECH və NEATS şirkətlərinin təşkilati dəstəyi ilə rayonda keçirilən “Qunduz” informatika və Kompyuter bacarıqları müsabiqəsində şagirdlərimizin iştirakının kütləviliyi məktəblərdə İKT vasitələrinə marağın artdığını təsdiq edir. Müsabiqədə 20 məktəbdən 265 nəfər şagird iştirak etmişdir.
İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbinin V sinif şagirdi Nihad Əhmədli, Vəng kənd tam orta məktəbinin VI sinif şagirdi Misir Cəfərov, şəhər 3 nömrəli tam orta məktəbinin VII sinif şagirdi Asim Ağayev, Zaman Qarayev adına Qalınçaq kənd tam orta məktəbinin VIII sinif şagirdi Natiq Pirizadə, şəhər 5 nömrəli tam orta məktəbinin şagirdi Murad Tarverduyev müvafiq olaraq V, VI, VII, VIII, IX siniflər üzrə ən yüksək nəticə göstərərək “Caspian İnternetional İnvestment Company” tərəfindən müasir noutbuklarla mükafatlandırılmışlar.
Rayonumuzun məktəbliləri internet vasitəsi ilə respublika səviyyəli müsabiqədə – Respublika Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun birgə keçirdiyi “İstedadların hazırlığı laboratoriyası” II Respublika olimpiadasında iştirak etmişlər. Bu müsabiqədə də şəhər 1 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Adil Mirzəyev və şəhər 6 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Aydan İsgəndərli, şəhər 1 nömrəli tam orta məktəbinin X sinif şagirdi Əli Mirəliyev qalib olmuşlar. Şəhər 1 nömrəli tam orta məktəbinin X sinif şagirdi üçüncü turda yenə də qaliblər sırasında olmuşdur.
İvanovka kənd tam orta məktəbinin XI sinif şagirdi Uryupina Mariya Mixaylovna rus dili fənni üzrə MDB və Baltikyanı ölkələri arasında Sankt-Peterburq Beynəlxalq Olimpiadasında 258 şagirdin, o cümlədən Azərbaycan Respublikasından 10 şagirdin iştirak etdiyi bilik yarışında 3-cü yerə layiq görülmüşdür. Həmçinin, həmin məktəbin XI sinif şagirdi Minnikova Mariya Vasilyevna MDB və Baltikyanı Beynəlxalq Olimpiadasında rus dili fənni üzrə “Gənc orator” müsabiqəsində 3-cü yerə layiq görülmüşdür.
Rusiya Mədəniyyət və İnformasiya Mərkəzi (“Poccoтрудничество” təşkilatı) 26 aprel 2014-cü il tarixdə Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbində dahi rus şairi M.Y.Lermontovun anadan olmasının 200 illiyi münasibəti ilə rus dili olimpiadası keçirmişdir. Bu bilik yarışında rayonun məktəbliləri müvəffəqiyyətlə iştirak etmişlər. Nəticədə, Şəhər 1 nömrəli tam orta məktəbinin VIII sinif şagirdi Zəminə Əkbərova, VII sinif şagirdi Rəfail Məhərrəmov, İvanovka kənd tam orta məktəbinin VIII sinif şagirdi Viktoriya Radayeva, IX sinif şagirdi Tatyana Uryupina, Buynuz kənd tam orta məktəbinin VIII sinif şagirdi Səmanur Həsənova və Qalagah kənd tam orta məktəbinin VII sinif şagirdi Elnarə Əmirova yüksək nəticə göstərərək qaliblər sırasında olmuşlar. 6 İyun 2014-cü il tarixdə Rusiya səfirliyi həmin şagirdləri diplomlar və hədiyyələrlə mükafatlandırmışdır. Bütün qalibləri təbrik edir və onlara uğurlar arzulayırıq.
Hümbət Əsədov,
İsmayıllı Rayon Təhsil Şöbəsi Metodik Kabinetin direktoru