Rusiya Federasiyasının Soçi şəhərində may ayının 27-də idmanın Pauerliftinq növü üzrə keçirilən dünya kuboku yarışlarında həmyerlimiz – respublikanın “Dinamo” cəmiyyətinin üzvü olan Kamil Qafarov 82,5 kiloqram çəki dərəcəsində birinci olub. Onun dünya və Avropa çempionu kimi yüksək fəxri adları var. Kamilin sayca 12-ci olan qızıl medalı Azərbaycan bayrağının 12 dəfə digər ölkə bayraqlarından daha yüksəyə qalxmasına səbəb olub.
Təbriklər
Rusiya Federasiyasının Soçi şəhərində may ayının 27-də idmanın Pauerliftinq növü üzrə keçirilən dünya kuboku yarışlarında həmyerlimiz – respublikanın “Dinamo” cəmiyyətinin üzvü olan Kamil Qafarov 82,5 kiloqram çəki dərəcəsində birinci olub. Onun dünya və Avropa çempionu kimi yüksək fəxri adları var. Kamilin sayca 12-ci olan qızıl medalı Azərbaycan bayrağının 12 dəfə digər ölkə bayraqlarından daha yüksəyə qalxmasına səbəb olub.![]()
İsmayıllı rayon Polis Şöbəsinin polis çavuşu Kamil Qafarovu son qələbə münasibəti ilə təbrik edirik. İnanırıq ki, qarşıdakı sınaqlarda da Kamil birinciliyi əldə saxlayacaq, yeni nailiyyətlər qazanacaqdır.
***
Azərbaycan Respublikası Təhsil Şurasının “Təhsil və zaman” qəzeti ilə birgə keçirdiyi “Ən yaxşı məqalə” müsabiqəsində İsmayıllı şəhər Eldar Məmmədov adına 3 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Çingiz Məzahir oğlu Muradlı qalib olmuşdur.![]()
“İlin ən yaxşı müəllimi”ni, Qabaqcıl təhsil işçisi Ç.Muradlını sevindirici qələbə münasibəti ilə təbrik edir, ona həyatda və işində yeni-yeni uğurlar arzulayırıq.
“İsmayıllı xəbərləri”
