20 may 2014-cü il tarixdə İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin akt zalında Qüdsiyyə Manafovanın rəhbərlik etdiyi 4-cü sinif şagirdlərinin “Əlvida ibtidai sinif” adlı tədbiri keçirilib. Tədbirdə təhsil müəssisəsinin müəllimləri, İsmayıllı rayon Təhsil Şöbəsinin nümayəndələri, valideynlər və digər qonaqlar iştirak edib.
Dövlət himninin səsləndirilməsi ilə tədbirə start verilib.
Əlvida ibtidai sinif
20 may 2014-cü il tarixdə İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin akt zalında Qüdsiyyə Manafovanın rəhbərlik etdiyi 4-cü sinif şagirdlərinin “Əlvida ibtidai sinif” adlı tədbiri keçirilib. Tədbirdə təhsil müəssisəsinin müəllimləri, İsmayıllı rayon Təhsil Şöbəsinin nümayəndələri, valideynlər və digər qonaqlar iştirak edib.
Dövlət himninin səsləndirilməsi ilə tədbirə start verilib.
Məktəbin direktoru Şəfaqət Rəsulov çıxış edərək sinfin 4 il ərzində qazandığı nailiyyətlərdən danışıb: – Məktəblilərin təhsil uğurları hər birimizi sevindirir. Valideynin ən böyük xoşbəxtliyi övladının savadlı və tərbiyəli olmasıdır. Azərbaycan dövləti yetişən nəslin təlim-tərbiyəsinə xüsusi diqqət yetirir, bununla əlaqədar böyük işlər görür. Bu sinfin yüksək nailiyyətlər qazanması Qüdsiyyə müəllimin əməyinin nəticəsidir. Müəllimin ən böyük uğuru odur ki, valideynlər övladlarının onun sinfində dərs almasını istəyir. Qüdsiyyə müəllim də belələrindəndir. Elm yolu çətin yoldur, Qüdsiyyə xanım bu yolda şagirdlərə bələdçilik edən müəllim olub.
Rayon Təhsil Şöbəsinin metodik kabinetin direktoru Hümbət Əsədov, RTŞ-nin metodisti Güllübəyim Cərullayeva, məktəbin direktor müavini Sənaye Qəniyeva, təşkilatçı müəllim Dilbər Yəhyayeva şagirdlərə gələcək təhsil həyatlarında uğurlar arzulayıb, onlara xoş arzu və diləklərini çatdırıblar. Valideynlər çıxış edərək övladlarının təhsilində böyük zəhməti olan Qüdsiyyə müəllimə tədbirin təşkilinə, onlara göstərilən ehtirama görə təşəkkür ediblər.
Tədbirdə məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. Şagirdlər Vətən, ana və müəllimə həsr edilən şeirlər söyləyib. Nuranə Hacıyeva “Azərbaycan qızıyam” mahnısını ifa edib, Sevda Rəsulova və Cavanşir Abdullayevin “Nazeləmə”, Şəbnəm Mehdiyevanın hind rəqsi alqışlarla qarşılanıb. Fərid Məhərrəmov və Elşən Salehlinin əl işləri nümayiş etdirilib. Şagirdlərin göstərdikləri yumoristik səhnəciklər qonaqların zövqünü oxşayıb. Hər kəs həyatda özündən sonra qoyduğu izlə tanınır. Qüdsiyyə müəllim neçə-neçə məktəblinin həyatına vurduğu naxışlarla, verdiyi təhsil və tərbiyə ilə şagirdlərə aşılamış olduğu bilik, bacarıq və əxlaqi keyfiyyətlərlə onların qəlblərində iz qoymağı bacarıb.
Tədbirin sonunda 2010-2014-cü illər ərzində şagirdlərin məktəb həyatını əks etdirən fotolardan ibarət slayd nümayiş etdirilib.
Çinarə Bəhərçinli