YAP İsmayıllı rayon təşkilatı Qadınlar Şurasının V konfransı keçirilib.
Partiyanın fəal üzvləri ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyublar. Daha sonra YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova son konfransdan keçən müddət ərzində qarşıya qoyulan məqsədlərin icrası ilə konfrans nümayəndələrini məlumatlandırıb.

Qadınlar Şurasının V konfransıQadınlar Şurasının V konfransı

YAP İsmayıllı rayon təşkilatı Qadınlar Şurasının V konfransı keçirilib.
Partiyanın fəal üzvləri ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyublar. Daha sonra YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova son konfransdan keçən müddət ərzində qarşıya qoyulan məqsədlərin icrası ilə konfrans nümayəndələrini məlumatlandırıb.

Qadınlar Şurasının V konfransı
Rayonda dövlət qadın siyasətinin həyata keçirilməsi sahəsində görülən işlər barədə YAP İsmayıllı rayon təşkilatı Qadınlar Şurasının sədri Sevil Əhmədova məruzə edib. Natiq görülən işləri, qazanılan uğurları dövlətin qadın siyasətinin tərkib hissəsi kimi dəyərləndirib. O bildirib ki, rayonda YAP üzvü olan qadınların sayı 2828 nəfərdir ki, bu da YAP üzvlərinin 37 faizini təşkil edir. Hesabat dövründə partiyaya qəbul edilənlərin yarıdan çoxu, 59 faizi qadınlar olub. Onların da əksəriyyəti gənclərdir.
Qadınların cəmiyyətdəki rolundan söz açan Şura sədri Azərbaycan xanımlarının digər ölkə və ya dövlətlərin xanımları ilə müqayisə olunmayacaq dərəcədə yüksək statusa malik olduğunu söyləyib.
Məruzədə bildirilib ki, cəmiyyətimiz inkişaf etdikcə, dövlətimiz daha sivil, demokratik dəyərlərlə idarə olunduqca qadınların rolu da durmadan artır. Sağlam ailənin formalaşmasında qadının böyük qüvvə olduğu vurğulanıb.
Qadınlar Şurasının V konfransı
Məruzə ətrafında çıxışlarda Gəndov kənd ümumi orta məktəbinin direktoru Xuraman Qurbanova, Diyallı kənd tam orta məktəbinin direktoru Şəmsiyyə Əhmədova, Qadınlar Cəmiyyətin İnkişafı Naminə ictimai birliyinin sədri Şirinbəyim Atayeva, RİH başçısının İvanovka İƏD-i üzrə nümayəndəsi Olqa Jabina, Qalacıq İƏD-i üzrə nümayəndəliyin əməkdaşı Zöhrə Şalbuzova, UADM-nin metodisti Gülnar Mikayılova YAP sıralarında olan qadınların fəaliyyəti barədə fikirlərini səsləndirdilər. Çıxışlarda qadınların qüvvə və bacarığından yetərincə istifadə olunmadığı, bələdiyyələrdə və sahibkarlıq işində qadınların kifayət qədər işgüzarlığa sahib ola bilməmələri diqqətə çatdırılıb. Çıxışlardakı tənqidi yanaşma qadınların fəallığını daha da artırmağa yönəldilməsi məqsədini daşıyıb.
Konfransda Azərbaycan qadınının yüksək diqqət və qayğı ilə əhatə olunduğu bildirilib. Ölkəmizin ictimai-siyasi həyatında, xüsusilə də sosial sferalarda qadınların rolunun daha qabarıq formada üzə çıxmasından söz açılıb. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın əmək fəaliyyətinin, dövlətimizi və dövlətçiliyimizi sevmək, təbliğ etmək baxımından gördüyü işlərin əyani örnək, böyük töhfə olduğu ifadə olunub.
Konfransda YAP İsmayıllı rayon təşkilatı Qadınlar Şurasının 11 nəfərdən ibarət üzvü müəyyənləşdirilib. Müzakirələrdən sonra Xuraman Qurbanova Şura sədri, Gülnar Mikayılova isə sədrin müavini seçilib.
Tədbir İsmayıllı rayonunu respublika YAP Qadınlar Şurasının növbəti konfransında təmsil edəcək 4 nəfər nümayəndənin kimliyini müəyyən edib.
Tədbirdə iştirak edən İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Azərbaycan qadınının bir çox tarixi məqamlarda göstərdiyi hünər və şücaətlərdən söz açıb. Başçı ölkədə gedən sürətli inkişafda qadınların iştirakını, göstərdikləri fəallığı diqqətə çatdırıb. M.Sadıqov rayon miqyasında qadınların kifayət qədər fəallıq nümayiş etdirə bilməmələrindən, rayonun iqtisadi inkişafında qadın fəallığı və əməyinin istənilən həddə çatmamasından təəssüfləndiyini bildirib. Başçı yeni seçilən tərkibə tutulan iradların aradan qaldırılması istiqamətində tapşırıqlar verib.
Səadət Rəhimova

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir