Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümü ərəfəsində 22 aprel Beynəlxalq Yer Günü İ.Həsənov adına şəhər 1 nömrəli tam orta məktəbinin iclas zalında İsmayıllı rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsi ilə birgə “Meşələri qoruyaq” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Konfransda giriş sözü ilə çıxış edən rayon ET və TM-nin direktoru Yaşar Nuriyev qeyd etdi ki, ulu öndər Heydər Əliyev ölkəmizdə ekoloji tarazlığın qorunub saxlanmasına xüsusi diqqət yetirmişdir. Ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkədə həyata keçirilən geniş miqyaslı tədbirlər ətraf mühitin qorunmasına və təbii sərvətlərin davamlı istifadəsinə yönəlmişdir.
Elmi-praktik konfrans

Elmi-praktik konfransda İ.Həsənov adına şəhər 1 nömrəli tam orta məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Şəfaqət Rəsulovun “Meşələr təbii sərvətimizdir”, Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktor müavini, biologiya elmləri üzrə fəlsəfə doktoru Lalə Dadaşovanın “Məktəb meşəçiliyinin yaradılması və fəaliyyəti”, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı ƏETS şöbəsinin məsləhətçi müfəttişi Ziya Cəbrayılovun “Meşələrin təhlükəsizliyinin təmin edilməsində məktəblilərin rolu”, rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin baş meşəçisi Cabbar Qəribovun “Meşə tingliyinin yaradılması”, İ.Həsənov adına 1 nömrəli tam orta məktəbinin müəllimi, ilin ən yaxşı müəllimi müsabiqəsinin qalibi Ruhiyyə Mahmudovanın “Məktəblilərin ekoloji layihələrdə iştirakının təmin edilməsi” mövzusunda çıxışları dinləyicilər tərəfindən maraqla qarşılandı.
Konfransda çıxış edən Tircan kənd tam orta məktəbinin IX sinif şagirdi Ağasəməd Bədəlli, İvanovka kənd tam orta məktəbinin X sinif şagirdi Timofey Prokofyev, Təzəkənd kənd tam orta məktəbinin X sinif şagirdi Ləman Ağalı “Gənc meşəçilər dəstələrinin işi” barədə konfrans iştirakçılarına məlumat verdilər.
Elmi-praktik konfrans iştirakçıları həmin gün məktəbin həyətində yaşıllıq məqsədilə ağac əkdilər.
İlhamə Hüseynova,
İsmayıllı rayon ET və TM-nin dərnək rəhbəri